İdmançımız bu jestinin səbəbindən danışdı

09:36 11-03-2022 | icon 508 | İdman
İdmançımız bu jestinin səbəbindən danışdı

"İdmanla məşğul olarkən insanlığımızı itirməməliyik".

 

Bunu "Report"a açıqlamasında Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova (50 kq) Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında sloveniyalı Mariya Martinçuka qarşı 1/4 final görüşündə etdiyi jest barədə danışarkən deyib.

 

O, bildirib ki, rəqibi zədələndiyi üçün onu çiynində döşəyin kənarına daşıyıb:

"Mən fənd tətbiq edərkən rəqibimin ayağı burxuldu və ağrıdan qışqırdı. Çox pis oldum. Ayağının əzilməsini istəməzdim. Amma idman qəddarlıq tələb edir. Ağrı güləşməyinə imkan vermədi. Yeriyə bilmədiyi üçün onu çiynimdə daşıdım".

 

Məmmədovanın sözlərinə görə, qələbədə insanlıq və xeyirxahlıq da çox önəmlidir:

"Hamımız Allahın yaratdığı insanlarıq. Hər bir hərəkətin öz vaxtı var. Rəqibə görə üzüldüm. Amma mənə təmiz qələbə verdikləri üçün də sevindim".

 

Avropa çempionatında gümüş medal qazanan idmançı finalda rumıniyalı Andreya Beatris Anaya məğlubiyyətin səbəbini də açıqlayıb:

"Rəqib həm təcrübəli, həm də məndən güclü idi. Böyüklər arasında da güləşir. Ona görə də fiziki cəhətdən çatdıra bilmədim. Bununla belə, gümüş medal əldə etdiyim üçün sevincliyəm. İnsan inansa, hər şeyə qadirdir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Həftəsonu qitənin yaşıl meydanlarında FUTBOL HƏYƏCANI