“Atalanta” “Bayer”i məğlub etdi

09:47 11-03-2022 | icon 449 | İdman
“Atalanta” “Bayer”i məğlub etdi

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin daha 4 oyunu keçirilib.

 

Bununla da raundun ilk matçlarına yekun vurulub.

 

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” İspaniyada “Barselona”nın qonağı olub. “Kamp Nou” stadionundakı görüş qolsuz heç-heçə ilə başa çatıb.

 

Gecənin digər qarşılaşmalarında “Reyncers” Şotlandiyada Serbiyanın “Srvena Zvezda” klubuna, “Braqa” Portuqaliyada Fransa “Monako”suna, “Atalanta” isə İtaliyada Almaniyanın “Bayer” (Leverkuzen) komandasına qalib gəlib.

 

Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutub. Moskva “Spartak”ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya “Leyptsiq”i 1/4 finala birbaşa vəsiqə qazanıb.

 

Avropa Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

10 mart

00:00 “Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya) 3:0

Qollar: Ceyms Tavernye, 11 (pen.). Alfredo Morelos, 15. Folarin Baloqan, 51

00:00 “Braqa” (Portuqaliya) – “Monako” (Fransa) 2:0

Qollar: Abel Ruis, 3. Vitor Oliveyra, 89

00:00 “Atalanta” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya) 3:2

Qollar: Ruslan Malinovski, 23. Luis Muriel, 25; 49 - Çarles Aranqis, 11. Mussa Diabi, 63

00:00 “Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə) 0:0

 

 

21:45 “Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə) 1:0

Qol: Munir El-Haddadi, 60

Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Şəkər istehlakı xərçəngə yol açır?

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77