İranlı idmançılar Azərbaycan çempionatında iştirak edəcəklər

11:50 11-03-2022 | icon 362 | İdman
İranlı idmançılar Azərbaycan çempionatında iştirak edəcəklər

Bu gündən başlayaraq mart ayının 13-nə qədər üzgüçülük idman növü üzrə Azərbaycan açıq qış çempionatı start götürür.

 

Versus.Az xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarışlarda 3-cü idman dərəcəsi olan 140-a yaxın idmançı iştirak edəcək.

 

Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst üsullarda, 50, 100, 200 metr məsafələrdə arxası üstə, brass və batterflay üsullarda üzəcəklər. Beynəlxalq Üzgüçülük Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyasının Nizamnaməsinə və təsdiq olunmuş Əsasnaməsinə uyğun olaraq keçirilən birincilikdə ölkənin 15 müxtəlif klubu və idman cəmiyyətinin üzgüçüləri güclərini sınayacaqlar.

 

Yarışın Nizamnaməsinə uyğun olaraq Azərbaycan açıq qış çempionatında İranın klub üzgüçüləri də iştirak edəcək. Yarışın keçirilməsində məqsəd üzgüçülüyün təbliğ olunması, bu idman növünə marağın artırılması, kütləviliyin təşkili, o cümlədən 2022-ci il üçün beynəlxalq yarışlarda iştirak edəcək üzgüçülük üzrə milli komandanın tərkibinin yenidən formalaşdırılmasıdır.

 

Qeyd edək ki, yarışın sonunda qaliblər nazirlik və federasiya tərəfindən müvafiq diplomlarla təltif olunacaqlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

"Bu, müharibə ehtimallarını da azaldır"

Kəlbəcərdə ağır QƏZA

Şəkər istehlakı xərçəngə yol açır?