“Türk İnteqrasiyası-30” - TƏQDİMAT

11:25 12-03-2022 | icon 405 | Mədəniyyət
“Türk İnteqrasiyası-30” - TƏQDİMAT

Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə “Türk İnteqrasiyası-30” adlı kitabın onlayn təqdimatı keçirilib. Təqdimatda çıxış edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri türk dünyası aydınlarına çağırış səsləndirib.

 
 
Versus.Az xəbər verir ki, Qənirə Paşayeva son 30 il içində ümumtürk coğrafiyasında baş vermiş siyasi olaylar, türk xalqları arasında mədəni-humanitar işbirliyi haqqında danışıb.
 
 
 
 
Bildirib ki, günümüzdə Türk dünyasında bir sıra ciddi siyasi-fəlsəfi, mədəni-əxlaqi və sosial-psixoloji problemlər vardır. Bu problemləri aşağı-yuxarı Türk dünyasına aid hər bir yazar, araşdırmaçı ya da elm insanı bilməkdədir:
 
 
"Özəlliklə, bu cür problemlərin haradan qaynaqlanması, onun doğurduğu sonuclarla bağlı bəlkə də onminlərlə məqalə, yüzlərlə kitab yazılmışdır. Ancaq Türk dünyasının problemlərinə həsr olunmuş yazılarda çatışmayan cəhətlərdən biri sadəcə məsələni ortaya qoymaq olmuş, yəni həll yolları ya göstərilməmiş ya da bilərəkdən bilməyərəkdən, Türk insanına yanlış bilgilərlə təqdim olunmuşdur".
 
 
Q.Paşayeva qeyd edib ki, Türk dünyasının bu günü və gələcəyi türkçülüyün hansı istiqamətdə inkişafından asılıdır. Onun sözlərinə görə, əgər türklük təxminən 2-3 yüzil bundan öncəki həqiqi, gerçəkçi bütövlüyünü, birləşdiriciliyini, bir sözlə, insanlıq fəlsəfəsini ortaya qoyarsa, o zaman yeni bir sivilizasiya yaranacaqdır:
 
 
"Bizcə, dünyada yeni bir güc olmağın ilk yolu türklüyü, türkçülüyü yenidən, yeni ruhla bərpa etməyimizdir. 44 günlük Azərbaycan Vətən Müharibəsi bu həqiqəti bizə aydın şəkildə göstərdi. Ortaq türk qurumlarının, beynəlxalq Türk Akademiyasının mənəvi dəstəyini, qardaş ölkələrimizin aydınlarının, qardaş xalqlarımızın həmrəyliyini unutmayacağıq".
 
 
Komitə sədri ötən ilin noyabrında elan olunmuş Türk Dövlətləri Birliyinin çağdaş tariximizin çox önəmli hadisə olduğunu vurğulayıb:
 
 
"Bu ulu yolda Türküstan piri Əhməd Yəsəvinin dediyi kimi, türkçülük – qədərimiz, din – seçimimiz, insanlıq isə vəzifəmizdir. Şübhə etmirik ki, yaxın zamanlarda Türk Birliyi tam gerçəkliyə çevriləcək və türk milləti yenidən dünyada ədalətin, əxlaqın, xoşgörünün, bir sözlə, insanlığın carçısı olacaqdır”!
 
 
Q.Paşayeva qardaş türk xalqlarının tarixi birliyi, çağdaş dönəmdə müstəqil türk respublikaları arasında sosial-mədəni işbirliyinin inkişafı üçün atılan addımlar, eləcə də qloballaşma ortamında türk dövlətlərinin müstəqil dövlətçiliyinin təmin olunması kimi məsələlərə toxunub.
 
 
BTA Prezidenti, akademik Darxan Kıdırəliyə, Akademiyanın fədakar kollektivinə könül dolusu təşəkkür edən Q.Paşayeva, müstəqil türk dövlətlərinin keçdiyi yola işıq salan çoxsaylı elmi məqalələrin yer aldığı “Türk İnteqrasiyası-30” adlı kitabda onun da məqaləsinin dərc olunduğuna görə təşəkkür edib, qarşıdan gələn Novruz bayramı münasibətilə bütün iştirakçıları, onların timsalında Türk dünyası aydınlarını təbrik edib.
 
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Şəkər istehlakı xərçəngə yol açır?

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”