Bu şirkətlərdə çalışanların diplomları TANINMAYACAQ

14:45 14-03-2022 | icon 694 | Təhsil
Bu şirkətlərdə çalışanların diplomları TANINMAYACAQ

Kollegial Biznes Məktəblərinin İnkişafı Assosiasiyası, Biznes Məktəbi Məzunları Assosiasiyası, MBA Proqramları Assosiasiyası və idarəetmənin inkişafı ilə məşğul olan biznes məktəbləri, şirkətlər və assosiasiyaların qlobal şəbəkəsinin birgə bəyanatında deyilir ki, Rusiya təhsil diplomları artıq dünyada tanınmayacaq.

 

Maraqlıdır, bu qərar Azərbaycana da şamil oluna bilərmi? Əgər belə bir qərar tətbiq olunarsa, bu, təxminən hansı dövrə qədər olan zamanı əhatə edə bilər?

 

Təhsil məsələləri üzrə ekpsert Ramal Şəmşədli Azərbaycanda bəzi Avropa şirkətləri tərəfindən Rusiya diplomlarının tanınmaya biləcəyini deyib:

 

"Tətbiq olunan qərarın Azərbaycana aid olması gözlənilmir. Rusiya bizə qonşu ölkədir və artıq illərdir ki, bizim Rusiyadan məzun olan xeyli sayda vətəndaşımız var. Bu şəxslər arasında həkim, mühəndis də daxil olmaqla, yüksək vəzifədə çalışanlar çoxdur. Avropanın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi-siyasi sanksiyalar fonunda təhsillə bağlı sanksiyanın tətbiqini bizə aid etmək olmaz. Azərbaycanda Avropa ölkələrinin nəzdində olan şirkətlər ola bilsin ki, Rusiya diplomlarını tanımayıb, belə şəxsləri işə götürməsinlər. Lakin Azərbaycan tərəfindən belə bir qaydanın tətbiqi real görünmür”.

 

Ekspert diplomlarının tanınmamasının müvəqqəti olacağını da deyib:

"Verilən qərarın müvəqqəti xarakter daşıyacağını düşünürəm. Biz inanırıq ki, dövlətimizin, Türkiyənin və müharibənin davam etməsində maraqlı olmayan ölkələrin səyi nəticəsində münaqişə sonlanacaq və sanksiyalar aradan qaldırılacaq. Azərbaycanlı tələbələr Rusiyada təhsil alırsa və bu diplomlar tanınma şərtlərinə uyğundursa, o zaman bu sənədlər 100 faiz Təhsil Nazirliyi tərəfindən tanınacaq”. /Sfera.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Kəlbəcərdə ağır QƏZA

"Bu, müharibə ehtimallarını da azaldır"

Şəkər istehlakı xərçəngə yol açır?