“Şuşa mədəniyyətinin inciləri”

16:27 14-03-2022 | icon 539 | Mədəniyyət
“Şuşa mədəniyyətinin inciləri”

Qala-şəhərin milli geyimləri

 

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın milli geyim üslubu” bölməsinin ilk təqdimatı mədəniyyət paytaxtımızın qadın geyim dəstinə həsr olunub.

 

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının kolleksiyasında qorunub saxlanılan və XX əsrin əvvəlinə aid olan qadın geyim dəsti yaraşıqlı arxalıq və ətəkdən ibarətdir. Bu dəst pambıq astarlı, üzəri qızılı rəngli butalarla bəzədilmiş “zərxara” adlı qiymətli parçadan hazırlanıb.

 

Qarabağ arxalıqlarını fərqləndirən əsas cəhətlər yaxasının buta və ya oval “oyma” formalı olması, qatlama ətəyi və nilufər (yelpazəli) qolları olub. Arxalığın nilufər qolları dirsəyə qədər düz, dirsəkdən aşağıya doğru genişlənən biçimə malikdir. Geyimin şax durması üçün bel qurşağının yanına yonulmuş yastı çubuq dikinə tikişlə bənd edilib.

 

Onu da qeyd edək ki, azərbaycanlı qadınların qurşaqdan aşağı üst geyimi topuqlara çatan ətək (tuman) olub. Ətək “taxta” adlandırılan 10-12 hissə parçadan tikilirdi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Həftəsonu qitənin yaşıl meydanlarında FUTBOL HƏYƏCANI