Rübabə Muradovanın doğum günüdür

14:05 22-03-2022 | icon 642 | Mədəniyyət
Rübabə Muradovanın doğum günüdür

Bu gün Azərbaycanın unudulmaz xanəndəsi, Xalq artisti Rübabə Muradovanın doğum günüdür.

 

Versus.Az xəbər verir ki, o, 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olub.

 

R.Muradova Sabirabadda dram teatrında təhsil alıb. Daha sonra Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət edib.

 

O, 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1955-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Məktəbini (Seyid Şuşinskinin sinfini) bitirib.

 

1971-ci ildə Azərbaycan SSRİ Xalq artisti adına layiq görülüb. Güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

 

Azərbaycan musiqi tarixində böyük xidmətləri olan R.Muradova uzun illər Opera və Balet Teatrının solisti kimi “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Aşıq Qərib” operalarında baş rolları ifa edib. Onun ifasında olan Leyli (“Leyli və Məcnun” – Üzeyir Hacıbəyov), Əsli (“Əsli və Kərəm” – Üzeyir Hacıbəyov), Xanəndə qız (“Koroğlu” - Üzeyir Hacıbəyov), Ərəbzəngi (“Şah İsmayıl” – Müslüm Maqomayev), Şahsənəm (“Aşıq Qərib” – Zülfü Hacıbəyli), Sənəm (“Gəlin qayası” – Ş. Axundova) “Şərəf nişanı” ordeni ilə təltif edilib.

 

Xalqın sevimlisi Rübabə Muradova 28 avqust 1983-cü ildə 50 yaşında Bakıda vəfat edib və Yasamal rayonunda yerləşən qəbiristanlıqda dəfn edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Şəkər istehlakı xərçəngə yol açır?

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”