Cütlüyün gələcək PLANLARI

10:10 23-03-2022 | icon 458 | Şou-biznes
Cütlüyün gələcək PLANLARI

Aktyor Ben Afflek və müğənni Cennifer Lopez ABŞ-da dəbdəbəli ev almağa hazırlaşır. Cütlük Los-Ancelesdə Bel Air bölgəsində 55 milyon dollara əmlak alacaq.

 

Sahəsi 1,8 min kvadratmetr olan üçmərtəbəli malikanədə 10 yataq otağı və 17 vanna otağı var. İçərisində kinoteatr, iş otağı, bir neçə sobalı qonaq otağı və iki mətbəx var.

 

Zirzəmidə media otağı, idman zalı və mühafizə otağı yerləşir. Əsas binaya əlavə olaraq ərazidə qonaq evi, manqallı açıq mətbəx, hovuz və s. istirahət guşələri qurulub.

 

Obyekt 1930-cu illərdə məşhur memar Pol Uilyams tərəfindən tikilib və o vaxtdan bəri bir neçə dəfə təmir olunub. Əmlakın hazırkı sahibi, hedc-fond meneceri Todd Lemkin evi 2016-cı ildə 27,6 milyon dollara alıb. Köçdükdən sonra o, malikanəni xeyli genişləndirib və dizaynda dəyişikliklər edib. Lemkin evi 65 milyon dollara satışa çıxarıb, lakin Afflek və Lopez cəmi 55 milyon ödəməyə razılaşıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Kəlbəcərdə ağır QƏZA

"Bu, müharibə ehtimallarını da azaldır"

Şəkər istehlakı xərçəngə yol açır?