Vaşinqtonun “status” məsələsi gerçəkləşməyəcək

09:37 01-04-2022 | icon 634 | Geopolitika
Vaşinqtonun “status” məsələsi gerçəkləşməyəcək

Fuad Əliyev: "Azərbaycan bəyanatlara deyil, öz siyasətinə diqqət etməlidir"

 

Son günlər Ermənistanın qaldırdığı hay-küylə ABŞ Dövlət Departamentinin reaksiyaları sinxron təşkil edir. Sanki tərəflər koordinasiyalı hərəkət edirlər və sözləşmiş təəssüratı oyadırlar. Söhbət ondan gedir ki, bölgədə vəziyyətin bir qədər gərginləşməsinə İrəvanla Vaşinqtonun yanaşmaları təxminən analogiyadır və bu da Bayden administrasiyasının Azərbaycana Qarabağ məsələsində münasibətinin dəyişmədiyini göstərir.

 

Xatırladaq ki, Dövlət Departamenti bütün diqqətini Ukraynanın müdafiəsinə, Rusiyanın zəiflədilməsinə, hətta nüvə təhlükəsinə yönəltməli olduğu halda, Qarabağda qazı kəsilmiş bir neçə min erməniyə görə əl-ayağa düşüb.

 

“Birləşmiş Ştatlar qaz təchizatının pozulmasından və Azərbaycan qoşunlarının hərəkətlərindən dərin narahatdır. Ermənistan və Azərbaycan vəziyyətin dərhal deeskalasiyası üçün birbaşa ünsiyyət vasitələrindən istifadə etməlidir”, - deyə Dövlət Departamentinin “Twitter” səhifəsində yazılıb.

 

ABŞ dövlət katibi Entoni Blinken isə erməni baş nazir Nikol Paşinyanla telefon söhbətində “həll edilməmiş bütün məsələlərin” hərtərəfli həlli yollarını tapmaq üçün diplomatik fəaliyyəti gücləndirməyə çağırıb. Aydındır ki, “həll edilməmiş bütün məsələlər” dedikdə onların sırasında əsassız “status” məsələsi də var. Bunu az qala hər ağzını açanda ABŞ-ın Ermənistandakı səfiri də deyir, həm də heç bir diplomatik etiketi gözləmədən... ABŞ Dövlət Departamenti bir dəfə də olsun xanım səfiri susdurmayıb. Demək, Vaşinqtondan gələn təlimatı icra edir.

Bəs Vaşinqtonun Qarabağ məsələsində tutduğu mövqeyin səbəbi yalnız erməni lobbiçilərinin marağıdırmı? Dövlətin bütün strukturları bu cür erməniləşə bilməz axı?! ABŞ-ın Qarabağ siyasətində ədalətsiz mövqe tutmasının gerçək səbəbləri nədir?

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ABŞ-ın Qarabağ mövzusunda rəsmi siyasətinin bundan ibarət olduğunu güman edir.

 

Bayden hakimiyyətinin ermənipərəst olduğunu xatırladan partiya sədrinin bildirdiyinə görə, Vaşinqtonun “status” məsələsi gerçəkləşməyəcək:

 

“Çünki Brüsseldə keçirilən görüşlərdə də, digər beynəlxalq görüşlərdə də artıq Qarabağ ermənilərinə ”status" söhbəti müzakirə olunmayıb. Axır zamanlar Fransadan da belə çıxışlara rast gəlmirik. Ona görə Amerikanın qəbul etdiyi qərarlar nəticəsiz qalacaq. Dövlət Departamentində ermənipərəstlər ola bilər, amma bəyanat ən yüksək səviyyədə razılaşdırılıb verilir. Görünür ki, 5-10 min erməninin qaz problemi amerikalılar üçün qlobal məsələdir".

 

Fuad Əliyev hesab edir ki, Azərbaycan bəyanatlara deyil, öz siyasətinə diqqət etməlidir:

 

“Biz separatçıları rədd etməliyik, terrorçuların ya dirisi, ya ölüsü Qarabağdan çıxmalıdır, daha sonra oradakı mülki erməni əhalisinə Azərbaycan pasportları təklif edilməlidir, istəməyən Ermənistana gedə bilər. Biz onlara bütün vətəndaşlar kimi eyni hüquqları veririk, qaz, su, işıqla təmin etməyə hazırıq.

Bu proses davam edəcək və mərhələli şəkildə həllini tapacaq. Həmin müddətdə ABŞ-dan, Avropadan hansı açıqlamaların gəlməsinə əhəmiyyət vermədən öz işimizi görməliyik. ABŞ Dövlət Departamenti separatçılara dəstək olmalı deyil və bu onun milli maraqlarına zidd siyasətdir. Əgər yaxşıdırsa, Xankəndi ermənilərinə Los-Ancelesdə status versinlər”. /"yeni müsavat"/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər