“Onlar Rusiyaya xəyanət edirlər”

19:24 01-04-2022 | icon 502 | Geopolitika
“Onlar Rusiyaya xəyanət edirlər”

Asim Mollazadə: “Bu, Rusiyanın çox ağır psixoloji durumunun təzahürüdür”

 

Rusiya Dövlət Dumasının Komitə sədrinin müavini Mixail Delyaqinin ölkəmizi təhdidlərindən sonra, bu dəfə Müdafiə Komitəsi sədrinin müavini Aleksandr Şerin öz hədələri ilə gündəmə gəldi. Şerin “Realist” informasiya agentliyinə müsahibəsində Tokio və Bakıya xəbərdarlıq edərək, kimsə Rusiyanın güclü və zəif tərəflərini hiss etməyə çalışırsa, o zaman yaxşı işləyən “Kalibre” və “İskəndər”lər hiss edəcəklər” - deyə bildirib...

 

Rusiyanı Azərbaycana qarşı bu cür aqressiv münasibət sərgiləməyə məcbur edən nədir?

 

Versus.Az xəbər verir ki, Milli Məclisin deputatı Asim Mollazadə açıqlamasında bildirib ki, bu, Rusiyanın çox ağır psixoloji durumunun təzahürüdür. O, son vaxtlar Rusiyadan Azərbaycana qarşı yönələn təhdid dolu çıxışların səbəbini də bu ölkənin isterik halda olması ilə əlaqələndirib.

 

A.Mollazadə Rusiya Dövlət Dumasının hər iki komitə sədr müavinlərinin - Delyaqin və Şerininin Jrinovskinin partiyasının üzvləri olduğunu qeyd edib. Bunlar xəstə təxəyyüllü Partiya sədrinin rəhbərliyi altında işləyən xəstə təxəyyülü şəxslərdir:

 

“Onlar belə sərsəm, məsuliyyətsiz çıxışları ilə Rusiya hökumətinə qarşı mənfi imic formaşdırırlar. Hesab edirəm ki, Dumanın komitə sədrlərinin bu cür çıxışlarına qarşı Rusiya rəsmi olaraq öz reaksiyasını verməlidir. Çox haqlı olaraq Azərbaycan Prokurorluğu Delyaqinin barəsində cinayət işi qaldırıb. Yəqin ki, belə bir qərar Şerin haqqında da verilməlidir. Çünki bu şəxslərin çıxışlarında cinayət tərkibli əməllər var. Dövlət Dumasında təmsil olunan bu şəxslər başqa bir ölkəni silahlara təhdid etməklə məsuliyyətsiz davranış nümayiş etdiriblər”.

 

A.Mollazadə hesab edir ki, Duma üzvünün bu çıxışları öz ölkələrinə qarşı istifadə edilə bilər:

 

“Onlar bu addamlarla Rusiyaya xəyanət edir, ona arxadan zərbə vururlar”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər