Putin qoşunların başına Suriyadakı generalı GƏTİRDİ

09:48 09-04-2022 | icon 376 | Dünya
Putin qoşunların başına Suriyadakı generalı GƏTİRDİ

Rusiya Ukraynadakı qoşunlarının komandanını dəyişib. Prezident Vladimir Putin Suriyadakı müharibədə böyük təcrübə toplamış  general-polkovnik Aleksandr Dvornikovu Ukraynada müharibə aparan qoşunların rəhbərliyinə gətirib.

 


Versus.az saytı xəbər verir ki, bu barədə BBC-yə adı açıqlanmayan yüksək rütbəli rəsmi şəxs bildirib.
 

 

"Müxtəlif qoşun növləri arasında həqiqətən pis koordinasiya var idi" deyən mənbə bildirib ki, Rusiya qüvvələri heç vaxt bu şəkildə döyüşmək üçün təlim keçməyib.



Mənbənin sözlərinə görə, Cənub Hərbi Dairəsinin komandanı general Aleksandr Dvornikov hazırda Ukraynada koordinasiyanın təkmilləşdirilməsinə cavabdehdir.
 

 

“Bu xüsusi komandir Rusiyanın Suriyadakı əməliyyatları ilə bağlı böyük təcrübəyə malikdir. Buna görə də biz ümumi komandanlıq və nəzarətin yaxşılaşacağını gözləyirik”, - deyə adı açıqlanmayan rəsmi bildirib.
 

 

O, hesab edir ki, rus qoşunları mayın 9-na qədər müəyyən uğurlar əldə etməyi hədəfləyir.

Həmçinin bildirib ki, Rusiya Federasiyası Donbasa doğru əlavə qüvvələr yeridir.

 


“Rusiya öz taktikasını dəyişdirə bilməsə və mövcud vasitələrdən daha yaxşı istifadə etməsə, onun öz qarşısına qoyduğu məhdud məqsədlərə belə necə nail ola biləcəyini təsəvvür etmək çox çətindir”, - deyə rəsmi bildirib.

 


Pentaqonun rəhbəri Lloyd Ostin isə deyib ki, müharibə yeni mərhələyə qədəm qoyduğu üçün ABŞ Ukraynanı silahlandırmaqda davam edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

Tanınmış yazar MHB-yə üzv oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ