Günəbaxan tumlarının sağlamlığa inanılmaz faydaları

09:34 14-04-2022 | icon 499 | Sağlamlıq
Günəbaxan tumlarının sağlamlığa inanılmaz faydaları

Günəbaxan tumları sağlamlıq üçün ən faydalı və əlçatan “superfud”dur.

 

Bunu rusiyalı diyetoloq, tibb elmləri doktoru Mixail Ginzburq bildirib.

 

Onun sözlərinə görə, tumlarda son dərəcə yüksək miqdarda maqnezium var:

 

“Bu mikroelement mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərir, stres və narahatlıq səviyyəsini azaltmağa, həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir, ömrü uzadır. Xroniki maqnezium çatışmazlığı damarlarda kalsiumun çökməsinə gətirib çıxarır, bu da aterosklerozun inkişafına səbəb olur”.

 

Ginzburq həmçinin xatırladıb ki, tumlar ürək-damar xəstəliklərinin, o cümlədən insult və infarktın qarşısının alınmasında zəruri olan sink, maqnezium, fol turşusu (vitamin B9) və E vitamini ilə zəngindir:

 

“Ancaq bu məhsulda selenin olması xüsusilə vacibdir. Selen kritik əhəmiyyətli mineraldır, çünki bu yaxınlarda öyrənilib ki, o, yalnız saç, dəri, dırnaqlar üçün deyil, həm də ürək-damar sistemi üçün faydalıdır”.

 

Yekun olaraq diyetoloq faydalı olmasına baxmayaraq, tumları qabıqsız və münasib miqdarda istifadə etməyə çağırıb. Onun sözlərinə görə, bu, çox yüksək kalorili məhsuldan (100 qramında 500-600 kilokalori) gündə bir kiçik ovuc istehlak etmək kifayətdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Kəlbəcərdə ağır QƏZA

"Bu, müharibə ehtimallarını da azaldır"

Şəkər istehlakı xərçəngə yol açır?