“Öncüllük şəhid ailələri, Qarabağ əlilləri və veteranlarına verilməlidir”

13:48 23-11-2017 | icon 706 | Sosial
“Öncüllük şəhid ailələri, Qarabağ əlilləri və veteranlarına verilməlidir”

“Sahibkarlar tərəfindən işçilərin hüquqlarının pozulmasının əleyhinəyik

“Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri daim cənab Prezidentin diqqət və qayğısı altındadır. Mən müvafiq qurumları onların ortaya çıxan problemlərinin həllinə daha çox diqqət ayırmağa çağırıram”.

Versus.Az-ın məlumatına görə, bunu Milli Məclisin bugünki iclasında “Sosial təminatı və müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva bildirib.

Qarabağ müharibəsi veteranlarının müavinətlərinin artırılmasının çox vacib olduğunu vurğulayan millət vəkili onların, eyni zamanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin iş tapmaqda üzləşdiyi çətinliklədən danışıb. Bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində şəhid ailələri, Qarabağ əlilləri və veteranlarınını bu istiqamətdə problemlərinin həlli üçün xüsusi proqrama ehtiyac var:

“İşlə təminat məsələsində öncüllük şəhid ailələri, Qarabağ əlilləri və veteranlarına verilməlidir. Cəmiyyətdə bunun əleyhinə olacaq heç bir normal insan ola bilməz. Hamı da görsün ki, Vətən üçün şəhid olanın ailəsi, Vətəni qoruyan, onun üçün vuruşan və sağlamlığından keçənlər ilk növbədə işlə təmin olunurlar. Nazirliyi və hökuməti bu məsələyə xüsusi diqqət ayırmağa çağırırıq. Çünki iş problemi bu ailələr üçün ən vacib məsələlərdən biridir”.

Q.Paşayeva şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış evlərinin tikintisi məsələsinə də toxunub. Bildirib ki, artıq iki ildir millət vəkili seçildiyi Tovuzda şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları üçün yaşayış evlərinin tikintisi tamam azalıb. O, hazırda çoxlu sayda şəhid ailəsi və Qarabağ müharibəsi əlillinin hələ də evsiz olduğunu qeyd edərək, bu problemin sürətli həlli istiqamətində gələn ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin artırılmasını təklif edib:

“İstər şəhərlərdə, istərsə də kəndlərdə yüzlərlə şəhid ailəsi və Qarabağ müharibəsi əlili ev növbəsindədir. Onların mənzil probleminin tezliklə həll olunması istiqamətində işlərin sürətlənməsinə böyük ehtiyac var. Özəlliklə ağır vəziyyətdə yaşayan ailələrə ilk öncə diqqət yetirilməldiir. Cənab Prezident də hər zaman çıxışlarında bildirir ki, bu ailələrə hər birimiz daha çox diqqət və qayğı göstərməliyik”.

Şəhid ailələri və Qarabağ qazilərinə verilməli olan sığorta pulunun ödənilməsində yaranan problemlərdən də danışan Q.Paşayeva, ailələrin xahişini hökumət üzvlərinin diqqətinə çatdrıb:

“Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri qəbulumuza gələrək, yaxud hər hansı bir tədbirdə görüşdüyümüz zamanı mütləq bu məsələni qaldırırlar. Həmin vəsaitin nə zaman veriləcəyini soruşurlar və buna ehtiyaclarının olduğunu deyirlər. Bununla bağlı əlində məhkəmə qətnaməsi olan yüzlərlə insan var. Onlar millət vəkillərinə müraciət edərək bu məsələnin həllini tapması üçün kömək istəyirlər. İlk öncə onlardan, ən çox ehtiyacı olanlardan başlayaraq bu vəsaitin həmin insanlara ödənilməsi prosesinə 2018-ci ildən başlamaq çox vacibdir”.

Q.Paşayeva eyni zamanda əlillərin problemlərindən danışıb və müvafiq qurumları təcili addımlar atmağa çağırıb:

“Ölkədə 570 min əlilliyi olan insan var və ölkə əhalisinin 5.96 faizini təşkil edir. Yəni əhalimizin 6 faizi əlilliyi olan insanlardır. Rəsmi məlumatlara görə əlillərin yalnız 5 faizi işləyir. Məsələn, 40 mindən yuxarı gözdən əlil insanın 2 faizi işlə təmin olunub. Əmək qabiliyyətli əlillərin işlə təmin olunması çox vacib məsələdir. Buna onların çox böyük ehtiyacı var. Məşğulluq haqqında qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki, bütün qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmilərinə müraciət edərək soruşmaq istəyirəm ki, Məşğulluq haqqında qanunda əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində 2017-ci ildə hansı işlər görülüb, qanuna əməl etməyən nə qədər qurum cərimələnib və hansı nəticələr əldə edilib? Eyni zamanda soruşmaq istəyirəm ki, 2018-ci ildə bu istiqamətdə ciddi dönüş yaratmaq üçün hansı işləri görməyi planlaşdırırlar, hansı mexanizmləri nəzərdən keçirirlər. Əlillər cəmiyyətimizin ən həssas təbəqəsidir və onların iş yeri ilə təmin olunmasına daha çox çalışmalıyıq, onlara dəstəyi ciddi şəkildə artırmaq lazımdır. Hər kəs bu istiqamətdə qanunları yerinə yetirməlidir. Hesab edirəm ki, bu məsələ ən vacib prioritetlərdən biri olmalıdır və müvafiq qurumları bu məsələyə dəstək göstərməyə çağırıram. Çünki əlilliyi olan insanlar və bu istiqamətdə təşkilatlar hər dəfə bizimlə görüşəndə bu məsələni ciddi qaldırır, təcili və ciddi dəstək gözlədiklərini bildirirlər”.

Millət vəkili sahibkarlar tərəfindən işçilərin hüquqlarının pozulması məsələsinə də toxunub:

“Təbii, hamımız istəyirik ki, sahibkarlıq daha da inkişaf etsin. Amma sahibkarlar tərəfindən işçilərin hüquqlarının pozulmasının da əleyhinəyik. Bu gün özəl sektorda əmək müqaviləsi olmadan çalışan insanların sayı daha da artır. Sabah bu insanlar pensiyaya çıxanda necə olacaq? Necə pensiya alacaqlar? Ona görə də əmək müqaviləsi olmadan işçi çalışdıran şirkət və qurumlara qarşı Əmək Müfəttişliyi ciddi mübarizə aparılmalıdır. Onları bu məsələyə daha çox diqqət yetirməyə çağırırıq”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı