Valerian dozadan artıq olduqda NƏ BAŞ VERİR?

09:14 20-04-2022 | icon 501 | Sağlamlıq
Valerian dozadan artıq olduqda NƏ BAŞ VERİR?

Mədədə ağrı, sinədə sıxıntı, başgicəllənmə, əllərin titrəməs...

 

Toksikoloq, professor, Avropa Təbii Elmlər Akademiyasının (ATEA, Hannover, Almaniya) akademiki, Elmi İxtiralar və Kəşflər Müəlliflərinin Beynəlxalq Akademiyasının müxbir üzvü Mixail Kutuşov bu bitkidən hazırlanan tabletlərin və valerian kökündən dərmanın dozadan artıq içildikdə verə biləcəyi mənfi nəticələri sadalayıb. Valerianın təhlükələri barədə o, "Doktor Piter" nəşrinə müsahibəsində danışıb.

 

Həkim bildirib ki, hamilə qadınların və uşaq əmizdirən anaların, hipertoniya xəstələrinin, xroniki enterokolit xəstəliyi (yoğun və qalın bağırsağın eyni vaxtda iltihabı) olan insanların bu dərmanı qəbul etməsi qətiyyən məsləhət görülmür. İnsult və infarkt keçirən insanlar isə ehtiyatla qəbul etməlidir. Toksikoloq izah edir ki, valerianın spazmolitik və xoleretik (ödqovucu) təsiri böyrək daşları və xroniki mədə-bağırsaq xəstəlikləri olan insanlar üçün təhlükəlidir.

 

Kutuşov bildirib ki, artıq doza dedikdə Valerianın bir dəfəyə 20 qramdan çox qəbulu, həmçinin uzun müddət ərzində çox sayda qəbulu nəzərdə tutulur. “Bu halda insan mədəsində ağrı, sinəsində sıxıntı hiss edə bilər, başgicəllənmədən, əllərin titrəməsindən şikayət edə bilər, göz bəbəklərinin genişlənməsi belə baş verə bilər” – deyə toksikoloq xəbərdarlıq edir.

 

Həkim Valerian qəbulunun digər yan təsirləri kimi şiddətli əzələ zəifliyi, yuxululuq, iş qabiliyyətinin azalması, süstlük, uzun müddət istifadə zamanı qəbizlik və psixomotor reaksiyaların azalması, allergik reaksiyaların yaranması hallarının ola biləcəyini qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Kəlbəcərdə ağır QƏZA

"Bu, müharibə ehtimallarını da azaldır"

Şəkər istehlakı xərçəngə yol açır?