Tibbi maskanın ləğvi yoluxma sayına TƏKANDIR?

18:52 22-04-2022 | icon 493 | Sağlamlıq
Tibbi maskanın ləğvi yoluxma sayına TƏKANDIR?

“Böyük ehtimalla karantin tədbirlərinin digər tələbləri – COVID-19 pasportu da ləğv ediləcək”.

 

Bu fikirləri açıqlamasında Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Nazirlər Kabinetinin qərarına əsasən, mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbinin ləğvinə münasibət bildirərkən deyib.

 

O bildirib ki, ictimaiyyət karantin rejiminin qaldırılması istiqamətində təşəbbüs irəli sürür:

 

“Tibbi maskanın ləğvi yoluxman sayının artımına təsir göstərə bilməz. Çünki insanlarda immunitet formalaşıb. Onların bir qismi virusa bir neçə dəfə yoluxaraq təbii immunitet qazanıb, digər qismi isə onlarla təmasda olmaqla yüngül keçirib və immunitet formalaşdırıb. Odur ki, heç bir artım gözlənilmir”.

 

Ə.Rüstəm onu da qeyd edib ki, bu məsələdə uşaqlar da risk faktoruna aid deyil:

 

“Mən özüm də karantin rejiminin ləğvinin tərəfdarıyam, düşünürəm ki yaxın zamanda belə də olacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Şəkər istehlakı xərçəngə yol açır?

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77