"Biz də 44 günülk Vətən Müharibəsi dövründə birəşdik"

11:36 23-04-2022 | icon 412 | Gündəm
"Biz də 44 günülk Vətən Müharibəsi dövründə birəşdik"

 

 “Mən 22 ildir ki, artıq Mekskada yaşayıram. Bu gün çox ürək açan bir hadisəyə şahidlik edirəm. Təbii ki, Allahıma şükr edirəm ki, ölkəmiz dünyaya bu cür igidlər bəxş edib, bu cür böyük insanlarımız var.

Şuşa zəfəri bizim üçün qürurverici hadisədir. Şuşa Qurultayı bizə hələ nə qədər görülməli işlərimizin olduğunu göstərdi. Çünki təkcə xaricdə yaşamaqla deyil. Hazırda aparılan İnformasiya müharibəsində bizim özümüzü düzgün tanıtmağımız çox vacibdir”. 

 

Versus.az xəbər verir ki, bunu Meksikada Azərbaycan icmasının nümayəndəsi, Biznes məsləhətçisi  hazırda Şuşada səfərdə olan Sevda Verdiyeva Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı ilə bağlı təəssüratlarını bölüşərkən bildirib.

 

S.Verdiyeva Ali Baş Komandanın rəhbərliyi ilə azad olan torpaqlarımızı tarixin ən gözəl hadisəsi adlandırmaqla, Qarabağın təzədən öz sahiblərinə qaytarılmasını böyük qürurla qeyd edib.

 

“Biz Ali Baş Komandamızın rəhbərliyi ilə böyük igidlik göstərən əsgərlərimizlə qürur duyuruq. Allah şəhidlərimizə rəhmət eləsin. Bİz bu gün onlara görə Şuşadayıq”.

Şuşa Qurultayının əhəmiyyətini yüksək dəyərləndirən soydaşımız, deyir ki, mütləq daha sıx birləşməli, gücümüzü lazım olan təbliğati işlərə sərf etməklə yüksək nəticələrə nail olmalıyıq.  

“Bilirik ki, ermənilərin xaricdə çox böyük diasporları olub. Amma biz də 44 günülk Vətən Müharibəsi dövründə birəşdik. Müharibə vaxtı gecə -gündüz yatmırdıq, hər yerə yazırdıq. Çünki həm də informasiya müharibəsi gedirdi. Elə birləşdik ki, bu birliyimiz hamıya aydın oldu. Ona görə də hesab edirəm ki, bu qurultay bizim daha da birləşməyimiz üçün çox vacibdir”.

S.Verdiyeva Prezidentin çıxışına diqqət çəkərək, onun fikirləri ilə bütün diaspora təşkilatlarına, soydaşlarımıza  daha da ilham verdiyini dedi.

“Biz burda daha da mehribanlaşdıq. Təbii ki, bizim yeni layihələrimiz var. İnşallah hamısnı yerinə yetirərik. İnşallah Qarabağımıza xaricdən investisiyalar gələr, torpaqlarımız yenidən çıçəklənər . Düzdür, bu bir -iki günün işi deyil, amma hamısı mümkündür. Biz birlikdə çox işlər görə bilərik. Çox fəxr edirəm, ürəkdən minnətdaram ki, məni də bu tədbirə dəvət etdilər. Mekskada əlindən gələni edirəm. Biz Azərbaycanı tanıtmaq üçün, Qarabağ, digər tarixi torpaqlarımızın işğalı, zəfərimiz haqqında ordakı əhaliyə məlumatlar veririk. Bizim Mekskadakı səfirimiz Məmməd Talıbov  da çox gözəl işlər görür. O, tez-tez bir çox tədbirlərdə çıxışlar edir, bizim Qarabağımız, Ermənistanın işğalı, Xocalı haqqında mühüm məsələlər barədə ictimaiyyəti məlumatlandırır. Bundan sonra bizi daha çox işlər gözləyir”.(hafta.az)

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ