Əlilliyi olan şəxslərlə bağlı yeni altsistem hazırlanır

15:44 25-04-2022 | icon 421 | Gündəm
Əlilliyi olan şəxslərlə bağlı yeni altsistem hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Fərdi Reabilitasiya və Abilitasiya Proqramının (FRAP) tətbiqi üzrə altsistem hazırlanır.

 

Nazirlikdən verilən məlumata görə, FRAP əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqlarının inkişafı ilə əlaqədar kompleks tədbirləri özündə əks etdirir. 

 

Yeni altsistem bu sahədə reabilitasiya müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyaları arasında e-formada məlumat mübadiləsinə, onların əlaqəli fəaliyyətinin qurulmasına xidmət edəcək. 

 

Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin tərkib hissəsi olacaq həmin altsistem qeyd olunan proseslərin təşkilində şəffaflığın artırılmasına, eləcə də bu sahəyə nəzarətin daha təkmil qurulmasına şərait yaradacaq.

 

Reabilitasiya müəssisələrinə qəbul edilmiş şəxslərlə bağlı reabilitasiya tədbirləri və nəticələri barəsində məlumatlar da e-sistemdə toplanacaq və FRAP-ların hazırlanmasında zəruri informasiya bazası rolu oynayacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ