Azərbaycanda YENİLİK

10:38 06-05-2022 | icon 550 | Gündəm
Azərbaycanda YENİLİK

Məzarlara baxım xidməti neçə manatdan başlayır?

 

Azərbaycanda məzarlara baxım xidməti fəaliyyətə başlayıb. Ölkədə ilk olan bu xidmət özəl sektora aiddir.

 

Məzarlara baxım, qulluq kimi xidmətlər təklif edən müəssisənin qəbiristanlıqlara bu şəkildə müdaxiləsinin qanuni olub-olmadığı müzakirələrə səbəb olub.

 

Məsələ ilə bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən bildirilib ki, qəbiristanlıqlara nəzarət bələdiyyələrin səlahiyyətindədir:

 

“Qəbiristanlıqların salınması və idarə olunması ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var. Burada qeyd edilən səlahiyyət bölgüsünə əsasən, bu sahə bələdiyyələrə aiddir”.

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə isə qeyd edib ki, qanunla qəbiristanlıqlara nəzarəti bələdiyyələr həyata keçirir. Deputatın sözlərinə görə, burada hər hansı fəaliyyət yalnız bələdiyyələrə aiddir:

 

“Qanun çərçivəsində şirkət öz fəaliyyətini göstərə bilər, qadağan olunmayan məsələləri təmin edə bilər. Xaricdə yaşayan və ya uzaqda olan şəxslər sevdiklərinin qəbirlərinə baxım üçün özəl şirkətə müraciət edə bilərlər. Bu xidməti təklif edən müəssisə müvafiq olaraq, vergi və ödənişlərini etməli, həmçinin qəbiristanlıqlara nəzarət edən qurumdan icazə alaraq fəaliyyətini qurmalıdır. Bununla da problem yaradacaq məsələ olmaz”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

Tanınmış yazar MHB-yə üzv oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ