Muzeydə kitab təqdimatı

20:45 10-05-2022 | icon 3592 | Ədəbiyyat
Muzeydə kitab təqdimatı

Kitab İkinci Dünya müharibəsinə həsr olunub

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyində Faşizm üzərində Qələbənin növbəti ildönümü ilə bağlı “Göyçə mahalı İkinci Dünya savaşında: həlak olanlar və itkin düşənlər” adlı kitabın (Bakı, “ABBA”, 2021, 784 səh.) təqdimat mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan muzeyin Vətən müharibəsinin müdiri Şəfa Mövsümov tədbirin əhəmiyyəti barədə ümumi məlumat verdikdən sonra qonaqları təqdim edib.

 

Tədbirdə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, kitabın müəllifi, i.ü.f.d. Lütfiyar Nəsibov, tarixçi-alim İsmayıl Umudlu, müstəqil tədqiqatçı Araz Yaquboğlu, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, ADNSU-nun dosenti Yaqub Sərdarov, Bakı Neft Emalı Zavodunun mətbu orqanının əməkdaşı Qurban Göyçəli və şair-publisist Qurban Əliyev çıxış ediblər.

 

Bu kimi tədqiqatıların gələcəkdə də davam etdirilməsinin tarixi və siyasi əhəmiyyətindən bəhs edən tədbir iştirakçıları belə çətin və məsul tədqiqatların aparılmasına görə müəllifə öz təşəkkürlərini bildiriblər.

 

Qeyd edək ki, kitabın yazılması zamanı Rusiya Federasıyasının Müdafiə Nazirliyinin arxiv materiallarından və internet resurslarından istifadə edilib və kitabda İkinci Dünya Müharibəsi zamanı cəbhəyə yollanan Göyçə mahalının Basarkeçər, Çəmbərək, Aşağı Qaranlıq və Yeni Bayazid rayonları üzrə döyüş cəbhələrində, əsir düşərgələrində və hərbi qospitallarda həlak olmuş və itkin düşmüş azərbaycanlılara aid məlumatlar və arxiv sənədləri yer alıb.

 

Sonda L.Nəsibov müəllifi olduğu kitabın təqdimat mərasiminə dəstək verdiyi üçün muzey rəhbərliyinə minnətdarlığını bildirib.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ