“Şuşa” adından istifadəyə məhdudiyyətlər – DETALLAR

13:43 13-05-2022 | icon 576 | Gündəm
“Şuşa” adından istifadəyə məhdudiyyətlər – DETALLAR

“Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanuna digər normativ hüquqi aktlarla  müəyyən edilən hüquqi tənzimləmə tətbiq edilir.

 

Versus.Az xəbər verir ki, bununla bağlı layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

 

Bu hüquqi tənzimləmə Şuşa şəhərinin ərazisində abidələrin bərpası, qorunması, öyrənilməsi, memarlıq və şəhərsalma fəaliyyəti, reklam fəaliyyəti, habelə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi və digər sahələri əhatə edir.

 

Layihədə “Şuşa” adından istifadə etmək üçün xüsusi qaydaların tətbiq edilməsi məqsədilə həmin qanuna 3-1-ci maddənin əlavə edilməsi təklif olunur.

 

Yeni maddədə nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir. Əlavəyə əsasən, hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında, mükafatların və təltiflərin adlarında, yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında,  kommersiya və reklam məqsədilə, əmtəə nişanlarında və coğrafi göstəricilərdə “Şuşa” sözündən istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə yol verilir.

 

Qanuna yeni 40.1-1-ci maddə də əlavə olunur. Əlavəyə əsasən, Şuşa şəhərinin ərazisində idman yarışlarının “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunun tələbləri nəzərə alınmaqla keçirilməsi təklif olunur.

 

Layihə müzakirələrdən sonra üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

Tanınmış yazar MHB-yə üzv oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ