Marşrutun hərəkət sxemi müvəqqəti DƏYİŞƏCƏK

15:14 13-05-2022 | icon 609 | Gündəm
Marşrutun hərəkət sxemi müvəqqəti DƏYİŞƏCƏK

“Bakı Marafonu - 2022” tədbiri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq mayın 15-də paytaxtda 23 marşrutun hərəkət sxeminə dəyişiklik ediləcək.

 

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Məlumata görə, dəyişikliklər aşağıdakı kimi olacaq:

 

- 1, 2, 4, H1 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri Y.Səfərov küçəsi istiqamətində dəyişdirilərək Puşkin - Nizami - Y.Səfərov küçələri ilə təşkil ediləcək;

- 5 və 88 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi “28 May” metro stansiyası (Puşkin küçəsi) olmaqla təşkil ediləcək;

- 6 nömrəli marşrutun fəaliyyəti 2 istiqamət üzrə - yəni 20-ci Sahə yaşayış məntəqəsi (F.Ö.Nemanzadə küç.) – “İçərişəhər” metro stansiyası və Axundov bağı – “Azadlıq prospekti” metro stansiyası istiqamətində təşkil ediləcək;

- 10 nömrəli müntəzəm marşrutun, son dayanacaq məntəqəsi Xocalı prospekti (“Xətai” metro stansiyası) olmaqla, fəaliyyəti M.Müşfiq - A.Şaiq - Ş.Bədəlbəyli - D.Əliyeva - Puşkin - Nizami - Y.Səfərov küçələri, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək;

- 18 nömrəli müntəzəm marşrutun, son dayanacaq məntəqəsi Ə.Cavad küç. (Nizami bağı) olmaqla, fəaliyyəti Ş.Şamil - İstiqlaliyyət - Azərbaycan prospekti - Ə.Cavad - B.Sərdarov küçələri, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək;

- 21, 32, 46, 175 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi 8 Noyabr prospektində (Bakı Fransız Liseyi) olmaqla təşkil ediləcək;

- 30 və 49 nömrəli müntəzəm marşrutların fəaliyyəti D.Əliyeva - Nizami - Y.Səfərov küçələri ilə təşkil ediləcək;

- 53 nömrəli müntəzəm marşrutun son dayanacaq məntəqəsi B.Sərdarov küçəsi (Axundov bağı) olmaqla təşkil ediləcək;

- 61 nömrəli müntəzəm marşrutun fəaliyyəti S.Vurğun - Ş.Bədəlbəyli - R.Behbudov - S.Əsgərova küçələri ilə təşkil ediləcək;

- 65 nömrəli müntəzəm marşrutun fəaliyyəti Lermontov küçəsi - Ş.Şamil küçəsi - İstiqlaliyyət küçəsi - Azərbaycan prospekti ilə təşkil ediləcək;

- 125, 127 və 205 nömrəli müntəzəm marşrutların fəaliyyəti Bakı Dairəvi Avtomobil yolu ilə təşkil ediləcək;

- 120 və 149 nömrəli müntəzəm marşrutların fəaliyyəti Yeni Salyan yolu - Bibiheybət yolu - 20-ci Sahə dairəsi, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ