Yeni beynəlxalq turnir keçirilib

11:37 17-05-2022 | icon 490 | İdman
Yeni beynəlxalq turnir keçirilib

Azərbaycanda ilk dəfə olaraq üzgüçülüyün fridayvinq növü üzrə “Aquatic Palace Open Cup 2022” yarışları keçirilib.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Bakı Su İdmanı Sarayının təşkilatçılığı ilə keçirilən bu beynəlxalq yarışa üç ölkədən 23 idmançı qatılıb.

 

Azərbaycan, Rusiya və Özbəkistandan olan 4 qadın və 19 kişi idmançı birincilikdə öz güclərini sınayıblar. Yarışlara Beynəlxalq Dayvinq Federasiyası tərəfindən iki hakim göndərilib. Yarışın qaydalarına əsasən, idmançılar birinci günü suda nəfəs saxlama, ikinci günü isə suya dərinliyə baş vurma üzrə mübarizə aparıb.

 

Yarışların hər iki növündə kişilərdən Qubad Məmmədov, qadınlardan isə Anna Vəliyeva birinci yeri tutub. Sonrakı iki yeri kişilərdən Eldar Qadirov və Namiq Əhmədzadə, qadınlardan isə Oksana Beker və Ülviyyə Həsənova tutub.

 

Qeyd edək ki, Bakı Su İdmanı Sarayında təşkil olunan beynəlxalq turnir iki gün davam edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi