Avropa Liqasının finalı

10:40 18-05-2022 | icon 510 | İdman
Avropa Liqasının finalı

Almanlar yenə çempion olacaq, şotlandlar yenə uduzacaqmı?

 

Bu gün UEFA Avropa Liqasının final matçı keçiriləcək.

 

Versus.Az xəbər verir ki, İspaniyanın Sevilya şəhərinin Ramon Sançes Pisxuan adına stadionunda keçiriləcək qarşılaşmada Almaniyanın “Ayntraxt” və Şotlandiyanın “Reyncers” klubları üz-üzə gələcək.

 

Tərəflər rəsmi matçda 1960-cı ildə o vaxt Avropa Kuboku adlandırılan Çempionlar Liqasının yarımfinalında üz-üzə gəlib. İki oyunluq qarşılaşmada “Ayntraxt” 6:1 və 6:3 hesabı ilə qalib gələrək finalda Madrid “Real”ı ilə görüşə vəsiqə qazanıb.

 

Bu matç öncəsi komandalarda itkilər var. Belə ki, Frankfurt klubunda avstriyalı Martin Hintereqer, Diant Ramay, Qlazqo təmsilçisində rumıniyalı Yanis Haci, isveçli Filip Helander, kolumbiyalı Alfredo Morelos və nigeriyalı Nnamdi Ofoborh oynamayacaq. Həmçinin “Ayntraxt”da danimarkalı Yesper Lindströmün və Anqola əsilli Dani da Kostanın, “Reyncers”də Rayan Cəkin oynaması sual altındadır.

 

“Ayntraxt” bir dəfə bu turnirin qalibi olub. Hələ turnir UEFA Kuboku adlanan vaxt “Ayntraxt” 1979/80 mövsümünün finalında Almaniyanın “Borusiya” (Mönxenqladbax) klubu ilə qarşılaşıb. Keçirilən iki matçın (2:3, 1:0) nəticəsinə əsasən “Ayntraxt” çempion olub.

 

“Reyncers” isə ən yaxşı halda bu turnirin finalında oynayıb. Avroliqanın 2007/08 mövsümünün finalında Şotlandiya klubu heç də qonaq sayılmayan Mançester şəhərində Rusiyanın “Zenit” klubuna 0:2 hesabı ilə uduzub. Ümumiyyətlə, şotlandlar beş dəfə Avropanın müxtəlif klub turnirlərində final oynasa da, bunların dördündə çempionluğu əldən veriblər.

 

UEFA Avropa Liqası

2021/22 mövsümünün finalı

18 May

23:00 “Ayntraxt” (Almaniya) – “Reyncers” (Şotlandiya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Sevilya. Ramon Sançes Pisxuan adına stadion.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır