Dünyada köçkünlərin sayı 59 milyonu ÖTÜB

15:26 19-05-2022 | icon 739 | Gündəm
Dünyada köçkünlərin sayı 59 milyonu ÖTÜB

Münaqişə və təbii fəlakətlər səbəbindən məcburi köçkünlərin sayı artıb. Belə ki, 2021-ci ildə ölkə hüdudları daxilində yaşayış yerini tərk etmək məcburiyyətində qalanların sayı 59,1 milyon nəfərə çatıb.

 

Versus.az xəbər verir ki, bu barədə Beynəlxalq Daxili Köç Monitorinqi Mərkəzi hesabat yayıb.

 

Məlumata görə, ötən il Cənubi Sahara ən çox daxili qaçqının qeydə alındığı region olub. Təkcə Efiopiyada beş milyon insan yaşayış yerini tərk edib. Bu ölkədə quraqlıq və Tiqray regionundakı hərbi münaqişə qaçqınların sayını artıran amillərdir.

 

Bundan əlavə, Konqo Demokratik Respublikası, Əfqanıstan və Myanmada da məcburi köçkünlərin sayında artım müşahidə olunub. Yaxın Şərq və Şimali Afrikada isə son on ilin ən aşağı göstəriciləri qeydə alınıb. Eyni zamanda, Çin, Filippin və Hindistan kimi ölkələrdə də ötən il təbii fəlakətlər insanları öz yaşayış yerlərindən didərgin salıb.

 

Ekspertlər Ukrayna böhranını nəzərə alaraq, bu il məcburi köçkünlərin sayının kəskin artacağını proqnozlaşdırır. Ukraynada hərbi əməliyyatlar nəticəsində bu ilin iki ayı ərzində ölkədaxili məcburi köçkünlərin sayı səkkiz milyondan çox olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ