Azərbaycanda “Meymun çiçəyi” virusu aşkarlanıb? - Rəsmi açıqlama

15:58 20-05-2022 | icon 452 | Sağlamlıq
Azərbaycanda “Meymun çiçəyi” virusu aşkarlanıb? - Rəsmi açıqlama

 

 

Səhiyyə Nazirliyi son vaxtlar kütləvi şəkildə yayılan "Meymun çiçəyi” virusunun Azərbaycan üçün təhlükəsi olub-olmaması məsələsinə münasibət bildirib.

 

 
 
Versus.az xəbər verir ki, nazirliyin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova "report”un sorğusuna cavab olaraq bildirib ki, hazırda həmin virus Azərbaycanda yoxdur və olmaması üçün də yetərincə tədbirlər həyata keçirilir.
 
 
 
O qeyd edib ki, "Meymun çiçəyi” nadir virusdur və suçiçəyi xəstəliyinə bənzəyir:
 
 
"Virusa adətən Qərbi Afrika ölkələrində, xüsusilə də tropik meşələrin yaxınlığında rast gəlinir. Virusun iki əsas ştammı var: Qərbi Afrika və Mərkəzi Afrika. Simptomlara gəlincə, virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, əzələ ağrısı və zəiflik kimi büruzə verir. Qızdırma azaldıqdan sonra üzdə başlayan səpgilər bədənin digər hissələrinə yayılır. Əksər hallarda ovuclara və ayaqlarda rast gəlinir və çox qaşıntılı olur. Həmin səpgilər yaraya çevrildiyindən bədəndə iz buraxa bilər. Ona görə də yaranın qaşınmaması və qoparılmaması məsləhətdir”.
Ətraflı
 
 
Mütəxəssis vurğulayıb ki, virus başqa bir şəxslə yaxın təmas zamanı yayıla bilər:
 
 
"Həmçinin virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, gözlər, burun və ya ağızdan, eləcə də cinsi əlaqə zamanı birbaşa təmas yolu ilə də ötürülə bilər. Bundan başqa, yoluxan meymun, siçovul və dələdən də keçə bilir. Hətta yoluxan insanın geyimindən də digər şəxsə virus keçməsi mümkündür. Xəstəlik adətən yüngül keçir, bəzən 2-3 həftə ərzində öz-özlüyündə keçib gedə bilir. Ölüm halları da az sayda qeydə alınıb”.
 
L.Qalimova ölkə vətəndaşlara müraciət edərək bildirib ki, yuxarı qeyd olunan əlamətlər aşkar olunduğu təqdirdə dərhal həkimə gedilməlidir:
 
"Onu da qeyd edim ki, suçiçəyi xəstəliyinə qarşı istifadə olunan peyvəndin "Meymun çiçəyi”nə qarşı qorunmaq effektliyi sübut edilib”.
 
 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

"Bu, müharibə ehtimallarını da azaldır"

Kəlbəcərdə ağır QƏZA

Şəkər istehlakı xərçəngə yol açır?