Dövlət imtahanı LƏĞV EDİLSİN

22:54 26-05-2022 | icon 1004 | Gündəm
Dövlət imtahanı LƏĞV EDİLSİN

Azərbaycanda tələbələr etiraz edir

 

Ali məktəblərin sonuncu kurs tələbələri dövlət imtahanın ləğv edilməsini istəyirlər.

 

Bununla bağlı Xəzər TV sujet hazırlayıb.

 

Sosial şəbəkələrdə artıq 30 mindən çox tələbə bu çağırışa qoşulub. Səbəb dərslərin 3 semestr distant, bir semestr isə hibrid formada keçirilməsidir. Tələbələr bununla bağlı oxuduqları universitetlərə və Təhsil Nazirliyinə müraciət etdiklərini bildirirlər. 

 

Ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri dövlət imtahanın ləğv edilməsini istəyirlər. Tələbələr bildirirlər ki, dərsləri 3 semestr distant, bir semestr hibrid formada keçmələrinə baxmayaraq, dövlət imtahanı verəcəklər. Onlar isə bunu istəmirlər. 

 

Tələbələr fikirlərini onunla əsaslandırırlar ki, son iki ildə pandemiya şəraiti nəzarə alınaraq sonuncu kurs tələbələri üçün dövlət imtahanı ləğv olunub və onlar Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə görə diplom alıblar. Tələbələr bu il də eyni təcrübədən istifadə edilməsi üçün təhsil aldıqları universitetlərə və Təhsil Nazirliyinə müraciət etdiklərini bildirirlər.

 

Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, Azərbayanda pandemiya dövrü hələ də başa çatmayıb, karantin rejimi uzadılıb. Universitetlər təhsili tam olaraq bərpa etməyiblər. Ona görə də dövlət imtahanı birmənalı şəkildə ləğv edilməlidir.

 

Təhsil Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"na əsasən, ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı