“TEKNOFEST Azərbaycan” BAŞA ÇATDI

11:49 31-05-2022 | icon 969 | Gündəm
“TEKNOFEST Azərbaycan” BAŞA ÇATDI

Lider operatorun “Rəqəmsal Yaşam Studiyası”nda təqdim olunan innovativ xidmət və həllər ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

 

Azərbaycanda ilk dəfə olaraq Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya festivalı başa çatıb. 

 

“TEKNOFEST Azərbaycan”ın baş sponsoru olan “Azercell” şirkəti festivalda xüsusi “Rəqəmsal Yaşam Studiyası” konsepsiyasını təqdim edib. Festivalın ilk günündə “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalovanın müşayiəti ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və digər rəsmi qonaqlar şirkətin stendini ziyarət ediblər, burada təqdim olunan innovativ məhsullar və texnoloji həllərlə tanış olublar. 

 

Festivalın davam etdiyi dörd gün ərzində “Azercell”in Rəqəmsal Yaşam Studiyasında 1200-dən çox ziyarətçi şirkətin xidmətlərindən ibarət rəqəmsal səyahətdən keçib. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini əsas tutan “Azercell”in təqdim etdiyi “Ağıllı şəhər” konsepsiyası, elektron mütaliə, əyləncə, sənət və digər mövzularda innovativ həlləri ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Stenddəki “Azercell Life və Azercell Akademiyası” guşəsində şirkət təmsilçiləri gənclərin təhsil və inkişafına imkan yaradan fərqli proqramlar haqqında məlumat təqdim ediblər. “Azercell”in “Rəqəmsal Yaşam Studiyası”nda artırılmış reallıq səyahətinə qoşulan hər bir ziyarətçiyə maraqlı hədiyyələr, uşaqlara kitab və suvenirlər təqdim olunub. Qeyd edək ki, 29 may tarixində “Azercell” stendinin qonağı olan şəhid övladlarını “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova hədiyyələrlə qarşılayıb.

 

Bu ilin ən yaddaqalan tədbirinə çevrilən “TEKNOFEST Azərbaycan”ı dörd gün ərzində yüz minlərlə insan ziyarət edərək Azərbaycan və Türkiyənin dövlət və özəl qurumlarının innovativ layihələri ilə tanış olublar. Texnologiya sahəsinin parlaq simalarını kəşf etdirən bu festival çərçivəsində səkkiz texnoloji yarış, üç beynəlxalq tədbir keçirilib, qalib komandaların üzvləri Azərbaycan və Türkiyə prezidentləri və digər rəsmi qonaqlar tərəfindən təltif olunublar. 

 

Bu il beş illiyini qeyd edən festivalın məqsədi aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı