Türkiyənin beynəlxalq adı DƏYİŞDİRİLİB

07:06 01-06-2022 | icon 423 | Dünya
Türkiyənin beynəlxalq adı DƏYİŞDİRİLİB

Türkiyə hökuməti ölkə adının xarici dillərdə yazılışının dəyişdirilməsi ilə bağlı BMT-yə rəsmi müraciət edib.

 

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twiter” hesabında məlumat verib.

 

Diplomat qeyd edib ki, yeni qərar rəsmi Ankaranın ölkənin beynəlxalq aləmdə nüfuzunun artırılmasına yönəlmiş addımları çərçivəsində qəbul edilib.

 

“Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkəmizin brendinin nüfuzunu artırmaq üçün başladığımız proses sona çatmaq üzrədir. Bu gün BMT-nin baş katibinə göndərdiyim məktubla ölkəmizin xarici dillərdə adını BMT-də “Türkiye” olaraq qeyd edirik. Xeyirli olsun!”, - Çavuşoğlu yazıb.

 

Beləliklə, bundan sonra Türkiyə (“Türkiyə”) adı bütün beynəlxalq forumlarda və əvvəllər müxtəlif etnonimlərin işlədildiyi rəsmi sənədlərdə (Türkey, Turkei, Turquie və s.) kimi istifadə olunacaq.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır