"Azərbaycanla Türkiyənin qarşısını almaqla heç nəyə nail ola bilməzlər"

13:11 01-06-2022 | icon 516 | Geopolitika
"Azərbaycanla Türkiyənin qarşısını almaqla heç nəyə nail ola bilməzlər"

 

 

 

Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bu gün Türkiyənin sabiq baş naziri Binəli Yıldırımın iki qardaş ölkə arasında qurulan yeni əlaqələrdən söz açarkən apardığı müqaisələr xüsusilə diqqət çəkir və dünya ictimaiyyətinə, eləcə də türkə qarşı çıxan qüvvələrə bir mesajdır.

 

Qeyd edək ki, Binəli Yıldırım çıxışında vurğulayıb: Vaxtilə  Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Preizdent Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir”. Ərdoğan deyə bildi ki, sizin başınıza gətirilənlər bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O, Bu mesajı bütün dünyaya göndərə bildi”.

 

Binəli Yıldırımın bu fikirlərini təhlil edərkən ekspertlər bu gün Türkiyə-Azərbaycan münasibətlərinin tarixin ən yüksək zirvəsində dayandığını idia edir.

Binəli Yıldırım çıxışında bildirib: vaxtilə Ermənistanın törətdiyi soyqırımından azərbaycanlı mülki əhalini xilas etmək istəyən Azərbaycana Türkiyə yardım əlini uzada bilmədi. Amma indi Türkiyə tam Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı dəstək potensialı tam realizə olunur.

Bu gün tarixi, mədəniyyət və digər əsaslarla yanaşı, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayib Ərdoğanın yürütdüyü siyasət iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amildir.

Bu gün Türkiyə və Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil, Prezident İlham Əliyev və Prezident Ərdoğanın sayəsində öz taleyi, siyasəti, münasibətləri və s. ilə bağlı özləri qərar verən,  maraq və mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran  güclü dövlətlərdir” deyə xüsusi əhəmiyyətli mesajlarını verib.

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə çıqlama verən politoloq Əli Mustafa bildirdi ki, B.Yıldırımın bu fikirləri gerçəkliyi ifadə eliyir. Qeyd etdi ki, doğrudan da bu gün Türkiyənin Beynəlxalq aləmdə mövqeyi, nüfuzu kifayət qədər yüksəkdir və bu, daha çox Türkiyənin daxili imkanlarının, hərbi-sənaye kompleksinin inkişafı, türk ordusunun yüksəlişi və dünyada gedən proseslərdə Türkiyənin artan rolu əlbəttə ki, Türkiyəni güclü bir tərəfdaş edib. Bu baxımdan da bu gün Türkiyə-Azərbaycan münasibətləri də kifayət qədər inkişaf edib, strateji müttəfiqlik səviyyəsi yüksəlib:

 

“Bu baxımdan əlbəttə ki, Azərbaycan artıq son dərəcə ciddi bir müttəfiqi ilə, Türkiyə ilə birlikdə həm özünün ərazi bütövlüyünü qorumaqda, eyni zamanda bu regonal Güney Qafqazdakı proseslərdə önəmli bir rol almaqda, bir hala gəlib çıxmaqdadır. Əlbəttə, bu ikinci Qarabağ savaşından sonra isə vəziyyət tamamilə dəyişib. Biz artıq qalib bir dövlətik. Düzdür, hələ də Rusiyanın regionda bu və ya digər formada mövcudluğu olsa da, hər halda Türkiyənin də nüfuzu, mövqeyi kifayət qədər güclüdür və mənə elə gəlir ki, bu, doğru bir təsbihdir. Biz bu gün özümüzü müdafiə edə bilirik. Əlbəttə, vaxtilə Azərbaycan bu imkanlardan məhrum idi. Məcbur idi özünü qorumaq üçün beynəlxalq təşkilatlardan, digər böyük dövlətlərdən kömək istəsin, onların da razılığını, onların da dəstəyini alsın. Amma indi artıq Türkiyə-Azərbaycan əməkdaşlığı çox yüksək səviyyədədir. Yəni bir millətin qurduğu iki dövlət həm özlərini qorumağa, həm də bütövlükdə regiondakı hadisələrə təsir etmək imkanındadır. Ona görə də düşünürəm ki, biz artıq kimsədən asılı olmadan özümüzün daxili və xarici siyasətimizi müstəqil həyata keçirə bilirik, ərazimizi qoruya bilirik”.

 

Ə.Mustafa Rusiya-Ukrayna münaqişəsinin də nəticədə Rusiyanın zəifləməsinə və regiondan getməsinə təkan verəcəyinə ümid etdiyini vurğuladı. Bildirdi ki, belə bir şəraitdə Azərbaycanın, Türkiyənin əməkdaşlığı əslində regiona yeni bir düzən gəlməsini şərtləndirir:

 

“Əlbəttə, regionda digər dövlətlərin də, Gürcüstanın da Azərbaycanla, Türkiyə ilə münasibətləri bu gün müəyyən qədər yaxşıdır. Eyni zamanda, Ermənistan da bu vəziyyəti başa düşür, anlayır ki, bu gün Azərbaycan və Türkiyənin qarşısını almaqla heç nəyə nail ola bilməz. Xüsusilə də Avropa İttifaqının vasitəçiliyi ilə olan proses bu və digər formada Rusiyanı burdan dışlıyır.

Düşünürəm ki, doğrudan da Azərbaycanla Türkiyə, həm Beynəlxalq münasibətlər sistemində güclü aktor kimi iştirak edirlər, həm də bu müttəfiqlik bizim indiki düzənimizi, indiki yolumuzu və mövqeyimizi dəyişir”.

 

Politoloq qeyd etdi ki, Azərbaycan bu və digər sahələrdə də müəyyən işlərin görülməsinə, islahatların aparılmasına çalışmalıdır:

 

“Yəni, Türkiyə demokratik bir dövlətdir. Biz görürük ki, Türkiyəyə qarşı nə qədər təpkilər olsa da, hər halda onun o demokratik düzəni, demokratik idarə etməsi onun qarşısına çıxacaq maneələri çox asanlıqla dəf eləmək imkanı verir. Eyni şey Azərbaycan üçün də keçərlidir. Biz də çalışmalıyıq ki, dövlət daha çox xalqa söykənsin. Xalqdan gələn legitimliklə və həm də Türkiyənin dəstəyi ilə Azərbaycan da özünün inkişafını daha yüksək səviyyəyə qaldıra bilər”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ