"İsraili açıq şəkildə dəstəkləməliyik"

09:55 08-06-2022 | icon 493 | Geopolitika
"İsraili açıq şəkildə dəstəkləməliyik"

Fuad Əliyev: "Bu rejimdə yaşayan azərbaycanlıların problemlərinin beynəlxalq səviyyədə müzakirəsinə ehtiyac var”

 

Son günlər İsrail-İran gərginliyi müşahidə olunur. Hətta İran İsraili məhv edəcəyi ilə hədələdi.

 

Əgər İran-İsrail söz müharibəsi canlı müharibəyə çevrilsə, biz hansı ölkəni müdafiə etməliyik?

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev hesab edir ki, dövlət maraqlarından çıxış etmək lazımdır.

 

Partiya sədri vurğulayıb ki, Azərbaycan dövlətinin İsraillə münasibətləri yüksək səviyyədədir:

 

"İsrail dövləti Qarabağ məsələsində daim bizi dəstəkləyib. Beynəlxalq tədbirlərdə də bizim haqq sözümüzü müdafiə edib. Yuxarıda qeyd etdiyim dəstəyi və Azərbaycan dövlət maraqlarını nəzərə alaraq, bizə dost olan İsraili açıq şəkildə dəstəkləməliyik”.

 

İsraildə digər millətlərin problemsiz yaşadıqlarını qeyd edən Fuad Əliyev bildirib ki, İsrailin iki rəsmi dili var: İvrit dili və ərəb dili. Ərəb dili xüsusi statusa malikdir:

 

"İsraildə yaşayan ərəblər ərəb məktəblərinə gedirlər. Ərəb məktəblərində islam dərslərinin keçirilməsinə icazə verilir. İsrail parlamentində ərəb partiyası 4 deputatla təmsil olunur. Heç kim deyə bilməz ki İsraildə ərəblərin hüquqları tapdalanır.

Bizdə bəziləri din amilini qabardaraq fələstinliləri dəstəkləyirlər. Hesab edirəm ki, bu səhv yanaşmadı. Bu həmin fələstinlilərdir ki, Qarabağ məsələsində erməniləri dəstəkləyirdilər. Bizim yaxın qonşumuz İran isə həmişə erməniləri dəstəkləyib, iqtisadi, hərbi və sosial yardımlar edib. İndi də edir. Bunlar deməyiblər ki, biz müsəlman ölkəsi olan Azərbaycanı dəstəkləməliyik, Ermənistanı yox. İranda yaşayan azərbaycanlıların hüquqları kobud şəkildə pozulur. İranda fəaliyyət göstərən molla rejimi bu hüquqların təmin edilməsində maraqlı deyil. İranda yaşayan 40 milyondan artıq azərbaycanlının mədəni və mənəvi problemləri mövcuddur. Bu rejimdə yaşayan azərbaycanlıların problemlərinin beynəlxalq səviyyədə müzakirəsinə ciddi ehtiyac var”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər