Qəbul imtahanında aşağı nəticə göstərən BÖLGƏLƏR

12:49 10-06-2022 | icon 602 | Təhsil
Qəbul imtahanında aşağı nəticə göstərən BÖLGƏLƏR

Ötən il I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 44,3% imtahandan “2”, 20,3%-i “3”, 25,5%-i “4”, 10%-i isə “5” qiymət alıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent 12” jurnalında qeyd olunub.

 

Bildirilib ki, 2020-ci ildə bu göstəricilər ötən ilki nəticələrə uyğun olaraq, 42,8%, 21%, 26,6%, 9,7% olub. Göründüyü kimi, keçən il “2” və “5” qiymət alanların faizi nisbətən artıb, “3” və “4” qiymət alanların faizi isə nisbətən azalıb.

 

“Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Qəbul olanların topladıqları balların paylanma diaqramından görünür ki, onların 29,9%-ni “3”, 47,2%-ni “4”, 18%-ni isə “5” qiymət alanlar təşkil edib. 2020-ci ildə bu göstəricilər uyğun olaraq, 27,1%, 50,3%, 17,8% olub.

 

V ixtisas qrupu üzrə ərizə verib qəbul imtahanında (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında) iştirak edən və qəbul olan abituriyentlərin bal göstəriciləri isə aşağıdakı diaqramlarda təsvir edilib. Bu imtahanlarda toplanılması mümkün olan maksimal bal 300-dür. Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 43,43%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 30-dan az bal toplayan yoxdur. Təəssüflə qeyd etmək lazımdır ki, bu il Ağsu, Daşkəsən, Astara, Göygöl, Samux, Kürdəmir, Ağdaş, Ucar, Goranboy, Şamaxı, Qobustan, Saatlı, Zərdab rayonlarının və Naftalan şəhərinin cari il məzunlarını təmsil edən abituriyentlərin 20%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub”, - jurnalda qeyd edilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ