Sergey Lavrov yenə ənənəvi erməni ağzı ilə danışıb

13:36 10-06-2022 | icon 468 | Geopolitika
Sergey Lavrov yenə ənənəvi erməni ağzı ilə danışıb

 

 

İyunun 10-da İrəvanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov yenə ənənəvi erməni ağzı ilə danışıb. Belə ki, Fərrux kəndi ilə bağlı erməni jurnalistin təxribatçı sualına Lavrov ya xəritədən bixəbərcəsinə, ya da bilərəkdən təxribatçı mövqe səgiləyib. Deyib ki, Fərrux kəndindəki vəziyyət Rusiya sülhməramlılarının diqqət mərkəzindədir və “delimitasiya ilə bağlı əsaslı işlərin tərkib hissəsi kimi bu məsələyə də baxılacaq və həll olunacaq”.

 

 

Hansı delimitasiya? Fərrux Azərbaycanın Qarabağ inzibati ərazisində yerləşən kənddir və ordumuzun nəzarəti altındadır. Bu kəndin delimitasiyaya, sərhəd müəyyənləşməsinə nə dəxli?

 

Versu.az xəbər verir ki, artıq Azərbaycan XİN-i buna reaksiya verib. Lavrovu yerində oturdub.

Sitat: “Qeyd etmək istərdik ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya

komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi, məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür. Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”.

 

Bəs Rusiya XİN-i necə, açıqlama verib düzəliş və ya üzrxahlıq edəcəkmi? Etməyəcəksə, demək ki, Lavrov-Kələntərov çaşıb-eləməyib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər