"Özbəkistan Azərbaycan ərazilərinin bütövlüyünü birmənalı olaraq müdafiə edib”

09:47 23-06-2022 | icon 445 | Geopolitika
"Özbəkistan Azərbaycan ərazilərinin bütövlüyünü birmənalı olaraq müdafiə edib”

Mətin Məmmədli: "Ölkəmizin Mərkzi Asiyada mövqelərinin daha da güclənməsinə xidmət edəcək"

 

Prezident İlham Əliyevin Özbəkistana səfəri müxtəlif aspektlərdə təhlil olunur. Ekspertlər səfərin əhəmiyyətini  dünyada baş verən son hadisələr - Rusiya-Ukrayna müharibəsi, dəyişən güc balansı, qida, su və yanacaq böhranı, eyni zamanda türk birliyi istiqamətində atılacaq addımlar baxımından diqqətlə izlənir, təhlillər aparılır. 

 

Versus.az xəbər verir ki, Prezidentin Özbəkistan səfərini  şərh edən politoloq Mətin Məmmədli hesab edir ki, ölkə prezidentinin Özbəkistana səfərinin bizim üçün iqtisadi-siyasi əhəmiyyəti böyükdür.

 

Özbəkistanın Mərkəzi Asiyanın iki aparıcı ölkələrindən biri olduğunu deyən M.Məmmədli çox böyük iqtisadi potensialı olan bir dövlətlə ölkəmizin münasibətlərinin inkişaf etdirilməsini mühüm əhəmiyyətə malik yeni mərhələ kimi dəyərləndirib:

 

“Onu da nəzərə almaq lazımdır ki, Özbəkistanın hazırki prezidenti hakimiyyətə gəldikdən sonra iki ölkə arasındakı münasibətlər yeni mərhələyə daxil olub, daha da inkişaf edib. O da təqdirəlayiq haldır ki, Özbəkistan Azərbaycan ərazilərinin bütövlüyünü birmənalı olaraq müdafiə edib”.

 

Politoloq hesab edir ki, Özbəkistanla əlaqələrə həm də bu kontekstdən yanaşmalıyıq.  Onun fikrincə, bütövlükdə iki ölkə başçısının Azərbaycana səfəri Azərbaycan-Özbəkistan əlaqələrinin daha da inkişaf etməsinə töhfə verəcək, eyni zamanda ölkəmizin Mərkzi Asiyada mövqelərinin daha da güclənməsinə xidmət edəcək:

 

“Bu səfər müddətində iki ölkə münasibətlərinin bir çox sahələrini əhatə edən sazişlər imzalanıb. Xüsusilə də hərbi-texniki sahədə əməkdaşlıq sazişi və iqtisadi sferaya dair sənədlər imzalanıb. Bu da iki ölkənin qarşılıqlı olaraq əməkdaşlığa nə qədər dəyər veridyini sübut edir. Əsas saziş iki ölkə arasındakı strateji tərəfdaşlığın rəsmiləşdirilməsi ilə bağlı imzalanmış sənəddir və hesab edirəm ki, bu sənəddə iki ölkə münasibətlərinin yeni səviyyəyə qaldırılmasını özündə ehtiva edir”.(hafta.az)

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər