“Bu saziş həm ölkəmiz, həm də Rusiya üçün əhəmiyyətlidir"

17:57 24-06-2022 | icon 339 | Geopolitika
“Bu saziş həm ölkəmiz, həm də Rusiya üçün əhəmiyyətlidir"

 

 

 

İyunun 24 -də Rusiya Federasiyanın xarici işlər naziri Serqey Lavrovun Azərbaycana səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

 

 

Qeyd edək ki, sazişdə informasiya təhlükəsizliyinin təmin olunmasına qarşı olan əsas təhdidlər sırasında dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktlar, mühüm informasiya infrastrukturu obyektlərinə kompüter hücumları,  terrorçuluğun təbliğatı və terror məqsədləri, dövlətin daxili işlərinə qarışmaq və ictimai qaydanın pozulması, millətlərarası, irqlərarası və konfessiyalararası ədavətin qızışdırılması, separatçılığın və ekstremizmin, nifrət və diskriminasiya yaradan, zorakılığa və qeyri-sabitliyə təhrik edən irqi və ksenofobiya fikirlərin təbliğ olunması, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələrə səbəb olan hallar haqqında bilərəkdən yalan məlumatın etibarlı mesajlar adı altında açıq şəkildə yayılması və digər hallar qeyd olunub.

 

Ümumən, bu saziş Azərbaycanla Rusiya arasında hansı təhdidləri aradan qaldırmış olacaq və ölkələr bunda nə dərəcədə maraqlıdır?

 

Versus.az xəbər verir ki, politoloq Mətin Məmmədli açıqlamasında ilk növbədə Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin əhəmiyyətini və hansı maraqları özündə ehtiva etməsinə diqqət çəkib.

Politoloq bildirib ki, Lavrovun Azərbaycana səfəri Rusiya tərəfinin istəyi ilə həyata keçirilib.  Onun sözlərinə görə, Rusiyanın bu səfərin təşkilinə bir çox məqsədlər var.  Politoloq o məqsədlərdən biri kimi iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsindən ibarət oldduğunu deyib.

“Məlum olduğu kimi, 2022 Fevralın 23-də  iki ölkə arasında strateji müttəfiqlik fəaliyyətinə dair memarandum imzalanıb və bu səfərdə məqsəd həmin memarandumun bir çox bəndlərinin həyata keçirilməsi ilə  bağlı Azərbaycan tərəfi ilə müzakirə aparmaqdan ibarətdir.  Eləcə də, məqsəd Ermənistan-Azərbaycan arasında davam edən danışqlar prosesində Rusiyanın rolunu daha da gücləndirməkdən ibarətdir”. 

 

M.Məmmədli qeyd edib ki, hazırda Rusiya özünün Ukraynada başlatdığı  hərbi kampaniyadan sonra Cənubi Qafqaz regionunda fəalllığını artırmaq istəyir.  Onun fikrincə, bu da son vaxtlar Qərbin aparıcı dövlətləri -Birləşmiş Ştatlar, Avropa İttifaqının, Cənubi Qafqazda xüsusi fəalllıq nümayiş etirməsinə adekvat addımlardandır.

 

“Rusiya həm Ermənistan - Azərbaycan danışıqlar prosesini, həm də region ölkələri ilə münasibətləri daha da dərinləşdirmək kursunu həyata keçirdir. Rusiya ilə Qərb arasında olan belə bir kəskin münasibətlər fonunda  hər iki tərəf arasında kəskin geosiyasi rəqabət var.  Belə bir münasibətlər fonunda Rusiya çalışır ki, regionun aparıcı dövləti olan Azərbaycanla  münasibətlərini daha da yaxşılaşdırsın.Və son vaxtlar biz müşahidə edirik ki,  Rusiya tərəfindn ölkəmizə qarşı müəyyən müsbət reveranslar həyata keçirilir. Belə ki, bir müddət əvvəl Rusiya 1 kanalında Qarabağ haqqında təxminən 10 dəqiqəlik sujet hazırlanıb verildi. Bu Ermənistanda narazılıq yaratdı. Eləcə də Müdafiə Nazirliyinin saytından "stepanakert" sözü yığışdırılmışdı... Burda da məqsəd ölkəmizlə münasibti daha da yaxşılaşdırmaqdan ibarətdir”.

 

 

M.Məmmədli iyunun 24-də xarici işlər nazirləri arasında imzalanan sazişdə əsas məqsədin  hər iki ölkənin informasiya məkanında təhdid xarakteri daşıyan informasiyaların yayılmasınn qarşısını almaqdan  ibarətdir.

 

“Bu saziş həm ölkəmiz, həm də Rusiya üçün əhəmiyyətlidir. Rusiya üçün daha çox əhəmiyyətlidir. Çünki Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bu ölkəyə qarşı daha çox beynəlxalq mediada kampaniya aparılır.  Azərbaycanın bu beynəlxalq kampaniyadan kənarda qalması Rusiyanın marağındadır. Təbıi ki, ölkəmizin də  Rusiyanın informasiya məkanından gələn təhdidlərin qarşısının alınmasına marağı var. Biz görürük ki,  Rusiyada xüsusən Ermənistan lobbi qruplarına bağlı media quruluşları və yaxud ayrı-ayrı siyasi qüvvələr, ölkəmizə qarşı olduqca yalan məlumatlar yayır, ölkəmizin maraqlarına, təhlükəsizliyinə yönələn  fəaliyyət göstəririlər. Yəni bizi də maraqlandırır ki, Rusiya informasiya məkanında belə neqativlərin qarşsı alınsın, məhdudlaşdırılsın”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

ƏDV qəbzləri ÖLÜM SAÇIR