“Rusiya özünün piarının aparılmasında maraqlıdır"

21:06 24-06-2022 | icon 564 | Geopolitika
“Rusiya özünün piarının aparılmasında maraqlıdır"

 

 

Rusiya və Azərbaycan arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq Sazişi bərabərhüquqlu, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan, başlıca təhdidlərə qarşı, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, separatçılıq və ekstremizmin təbliğ edilməsinə, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və s. hallarda informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi ilə mübarizəni nəzərdə tutan, informasiya-kommunikasiya texnologiyalarından sülh, sabitlik və inkişafın təmin edilməsi məqsədi ilə istifadə məqsədini güdən əməkdaşlıq çərçivəsidir.

 

 

Ekspertlər hesab edirlər ki, bu saziş Rusiya informasiya məkanından Azərbaycana ola biləcək mümkün təhdidləri bloklayır. Sazişin erməni lobbisinin və Ermənistanın  Rusiyanın informasiya məkanında Azərbaycana qarşı fəaliyyətinə zərbə olacağı qeyd olunur.  Eləcə də, sazişlə Ermənistanın Rusiya mediasında anti-Azərbaycan fəaliyyətinə əsaslı problem yaradacağı deyilir.

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açlama verən politoloq Əli Mustafa hesab edir ki, Beynəlxalq İnformasiya təhlükəsizliyi məsələsinin Rusiya-Azərbaycan arasında rəsmi, yazılı bir sənədə çevrilməsi maraqlıdır.  Politoloq bildirib ki, uzun illər Azərbaycanın Rusiya informasiya-kütləvi vasitələrində , ermənilərlə zəngnləşdirilmiş televiziyalarında, intenet resurslarında Azərbaycan əleyhinə birtərəfli informasiyaların yayılması, qərəzli təbliğatların  həyata keçirilməsi təbii ki, Azərbaycan tərəfini kifayət qədər narazı salırdı.  Bu da Rusiyann obektiv olmadığını, Rusiyann qərəzli imicini  möhkəmləndiridi.

 

Ə.Mustafa qeyd edib ki, Azərbaycan ictimaiyyəti buna öz etirazını, narazılığını bildirsə də, Rusiya tərəfi qulaqardına vururdu.  Və belə fikir yaranırdı ki, Rusiya Azərbaycanla, yaxud Ermənistanla nəyi necə etməyi özü müəyyənləşdirir.

“Yəni bizim burda baxışımız, münasibətimiz Rusiya üçün elə bir önəm daşımırdı. Rusiya  regionun geopolitik siyasətini həyata keçirirdil və bu da ermənilərin əlində oyunçaq siyasət idi. Ermənilər bir qayda olaraq öz milli maraqlarına uyğun olaraq təbliğatlarını Rusiyanın dövlət təbliğatı kimi ruslara və dünyaya  sırıyırdılar. Bundan da daha çox Azərbaycan zərər çəkirdi.  Səsimiz eşidilmirdi”.

 

Politoloq hesab edir ki, bu gün Rusiyanın münasibəti dəyişib. Bu da onunla bağlıdır ki, Rusiya elə bir vəziyyətə düşüb ki, o özü bizimlə anlaşmağa, səsimizi eşitməyə maraqlıdır. 

Politoloq  bildirib ki, paralel olaraq Azərbaycanda da Rusiyanın əleyhinə ciddi, obyektiv mövqe sərgilnir, informasiya gedir.

“Rusiyanın burdakı imici dağılır, ifşa olunur. Rusiyann burda yaratdığı “kardon, kadr bankı”  ifşa olunur. Yəni Rusiyann burdakı 200 illik siyasəti iflasa uğrayır.  Burda da informasiya resurslarının rolu böyükdür.  Görünür ki, Rusiya özü də bundan narahat olmağa başlayıb. Yəni bir forada Rusiya anlayır ki, artıq Azərbayanla anlaşmaq lazımdır. Bunun yaxşı tərəfi odur ki, Rusiya bizim əleyhimizə təbliğat -təşviqat aparmayacaq. Buna real yanaşmasam da, hər halda sazişdə bu müddüəlar öz əksini tapır”.

 

Ə.Mustfa bu sazişlə eyni zamanda Rusiyanın imicinin tamamilə dağılmaması üçün yerli medianın fəaliyyətinin məhdudlaşacağını qeyd edib.

“Rusiya özünün piarının aparılmasında maraqlıdır. Hərçənd Rusiya elə bir dönəmini yaşaır ki, indən belə Rusiya ilə imzalnan müqavilələrin ömrünün nə qədər uzun olacağı da son drəcə qeyri-sabit məsələdir. BÜtün hallarda istərdi ki, bu saziş bizim dövlət, milli siyasətinə xələl gətirən, maniə olmasın. Beynəlxalq hüquq normalarına uyğun olacaqsa, Azərbaycan üçün də faydları ola bilər”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər