Xəzərin VI zirvəsində hansı maraqlar önə çıxdı?

09:13 03-07-2022 | icon 484 | Geopolitika
Xəzərin VI zirvəsində hansı maraqlar önə çıxdı?

Teymur Qasımlı: “Aşqabad sammitini NATO sammitinə bir cavab kimi də dəyərləndirmək olar”

 

Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı və orada müzakirə edilən mühüm məsələlər müxtəlif aspektlərdə təhlil olunmaqdadır.

 

Politoloq Teymur Qasımlı Versus.az-a açıqlamasında Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında müzakirə olunan məsələlərin əhəmiyyətini xüsusilə qeyd edib.

 

Politoloq bildirib ki, bu gün Azərbaycanın Qazaxıstanla müttəfiqlik etməsi, Türkmənistanın İranla müttəfiqlik etməsi fonunda Xəzərin bölünməsi ilə bağlı Aktau şəhərində müəyyən razılığa gəlmək imkanı yaradıb:

 

“Xəzərin hüquqi statusu, bölüşdürülməsi hələ sovetlər birliyi dağıldıqdan sonra başlayıb. Rusiya və İran Xəzərin bölüşdürülməsi ilə bağlı hər zaman birgə hərəkət edib və bu gün də o maraqlardan çıxış edirlər. Bu dövlətlər Xəzəri öz maraqları çərçivəsində bölüşdürməklə sovetlər dövründəki bölgü sistemini saxlamaq istəyiblər”.

 

T.Qasımlı hesab edir ki, Zirvə görüşündə Rusiyanın uğuru qəbul olunan sənədə əsasən bəlgədə Xəzəryanı dövlətlərdən başqa digər döblətləin hərbi qüvvəsinə qqadağa qoyulması ilə bağlı ola bilər: 

 

“Aşqabad sammitini NATO sammitinə uyğun olaraq dəyərləndirmək olar. Aşqabad sammitini Rusiya -Ukrayna müharibəsi fonunda NATO sammitinə bir cavab kimi də dəyərləndirmək olar.  Rusiya bu sammitlə təbii ki, dünyaya bir daha regiona olan maraqlarını bildirmək istəyir. İranla birlikdə öz maraqları çərçivəsində hərəkət edir. Lakin Azərbaycan da öz mövqeyini bəyan edib. Hər halda bu sammmit münasibətləri daha açıqladı”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

ƏDV qəbzləri ÖLÜM SAÇIR