Milli Qəhrəmanımız haqda “Artilleriyanın atası” adlı film çəkildi

14:14 13-07-2022 | icon 487 | Şəhidlər və şahidlər
Milli Qəhrəmanımız haqda “Artilleriyanın atası” adlı film çəkildi

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş sənədli filmlərin istehsalı davam edir.

 

Versus.Az xəbər verir ki, “Artilleriyanın atası” adlanan sonuncu film Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevə həsr olunub.

 

2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuş polkovnik İlqar Mirzəyev haqqında çəkilmiş filmin rejissoru və ssenari müəllifi Musazadə Kamalə Mehralı, operatoru Soltan Abdullayev, montajçıları Musazadə Kamalə Mehralı və Sabir Əskərzadə, prodüseri isə Nazim Hüseynovdur.

 

“Artilleriyanın atası” sənədli filminin təqdimat mərasimi İlqar Mirzəyevin şəhidliyinin ildönümündə, 14 iyul 2022-ci il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində olacaq. Qeyd edək ki, 2020-ci ilin 12-14 iyul tarixlərində Ermənistanın növbəti təxribatı nəticəsində Tovuz döyüşlərində Polad Həşimov və İlqar Mirzəyevlə birlikdə 12 hərbçimiz şəhid olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər