"Rusiyanı Qafqazda hərbi konfliktə cəlb etmək fikirləri var"

10:35 14-07-2022 | icon 630 | Geopolitika
"Rusiyanı Qafqazda hərbi konfliktə cəlb etmək fikirləri var"

Fuad Əliyev: "Bu baş versə, Ermənistan daha ağır zərbə alacaq və..."

 

“Son günlər Ermənistan rəhbərliyinin bir daha Qarabağ, ATƏT-in Minsk Qrupu və Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları gərginliyin növbəti dalğasına çevrildi. Ermənistan rəsmilərinin son bəyanatları İrəvanın Azərbaycan ərazilərinə hələ də iddialı olduğunu nümayiş etdirir. Qərbin ATƏT-in Minsk Qrupu kimi dağılmış qurumu bərpa etmə cəhdləri açıq-aşkar görsənir. Bununla Qərb Ermənistana ümid verərək Moskvadan uzaqlaşdırmaq istəyir”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri açıqlamasında Azərbaycan Liberal demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

ALDP sədrinin fikrincə, Qərb ölkələri Ermənistan-Azərbaycan sərhədində Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətindədirlər:

 

“Qərbin məqsədi aydındır. Qərbin Minsk qrupunun fəaliyyətini bərpası kimi fikirlər 9 noyabr 2020-ci ildə əldə olunan Bəyannaməyə xətt çəkməkdir. Bununla da dolayısı ilə Rusiyanı Qafqazda hərbi konfliktə cəlb etmək fikirləri var. Əgər bu baş versə, Ermənistan daha ağır zərbə alacaq və daha çox itkilər verəcək. Bu isə Qərbi narahat etmir. Necə ki, Ukraynanın verdiyi itkilər Qərbi narahat etmir”.

 

Fuad Əliyevin fikirincə, əgər Qərb bu addımı atsa, yenə də ciddi səhvlərə yol verəcək:

 

”Ermənistan rəhbərliyi Ukraynaya baxıb dərs çıxartmalıdır. Bir neçə ölkənin Ukraynaya dəstək verməyinə baxmayaraq, ciddi insan və ərazi itkilər verir.

Birincisi, bizim müharibədən qalib çıxan güclü ordumuz və bu məsələdə doğru siyasət aparan dövlət başçısı İlham Əliyev var. İkincisi, bizim yanımızda qardaş Türkiyə var. Üçüncü, Rusiya və Türkiyənin Qafqaz regionda maraqları üst-üstə düşən bir çox məsələlər və Şuşa Bəyannaməsi var. Bu ciddi amiləri Ermənisan və onu qızışdıran Qərb dairələri yaddan çıxartmamalıdırlar. Ona görə Ermənistan qonşularla sülh şərayitində yaşamaq istəyirsə, tezliklə 9 noyabr Bəyannaməsinin bütün bəndləri həyata keçirməlidir. Əks halda ordumuz yenə də öz sözünü deyəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər