Nəsimi, Şah İsmayıl, Natəvan, Vaqif obrazları Cıdır düzündə

10:10 15-07-2022 | icon 669 | Qarabağ
Nəsimi, Şah İsmayıl, Natəvan, Vaqif obrazları Cıdır düzündə

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 14-də Cıdır düzündə konsert-tamaşa təqdim olunub.

 

AZƏRTAC xəbər verir ki, “Əsrlərin sədası” adlı konsert-tamaşada dahi Füzuli, Xəqani, Xurşidbanu Natəvan, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Mir Möhsün Nəvvab, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Nizami Gəncəvi, Şah İsmayıl Xətai kimi Azərbaycanın görkəmli ədiblərinin obrazları canlandırılıb.

 

Musiqili tamaşada Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, Samir Cəfərov, Əməkdar artistlər Fərqanə Qasımova, Qoçaq Əsgərov, Nuriyyə Hüseynova və digər incəsənət xadimləri çıxış ediblər.

 

Bununla da Vaqif Poeziya Günlərinin birinci gününə yekun vurulub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər