Köçəryan Qarabağda müharibəyə hazırlaşır - erməni İDDİALARI

10:46 15-07-2022 | icon 648 | Geopolitika
Köçəryan Qarabağda müharibəyə hazırlaşır - erməni İDDİALARI

 Azər Hüseynov: “Azərbaycan ictimai iğtişaş yarada biləcək təhlükələrə qarşı diqqətli olmalıdır”

 

Ermənistandakı revanşistlər xalqa Qarabağı yenidən işğal edərək İrəvanın nəzarətinə keçirəcəklərinə “söz veriblər”. Hətta iddialara görə Qarabağda gizlənən erməni qanunsuz hərbi biləşmələrinin üzvləri də artıq hücum planının üzərində işləyirlər. Bu qüvvələrin başında keçmiş prezident Köçəryanın dayandığı bildirilir. Bu gün Paşinyanın sülh sazişinə, sərhədlərin delimitasiya, demorkasiyası prosesinə cəlb edilib, Zəngəzur dəhlizinə gedən yol xəritəsində Laçından keçən yolda “erməni maniələri”n aradan götürüldüyü bir ərəfədə Ermənistandan səslənən bu cür iddialar nəyə yönəlikdir. Köçəryanın separatşılarla birlikdə Qarabağa hücum planı hazırlaması hansı ssenari əsasında ortaya atılıb?

 

Versus.az xəbər verir ki, siyasi təhlilçi Azər Hüseynov şərhində bildirib ki, Ermənistanda 30 illik formalaşmış bir hərbi bürokratik məmur aparatı var və sükanları Rusiyanın əlindədir.  

 

Onun sözlərinə görə, Paşinyanın hakimiyyətə gəlməsi ilə Ermənistandakı konyuktur dəyişdi və siyasi hakimiyyət daha çox ehtiyatlı olsa da, qərbyönümlü meyillər göstərir.

 

Siyasi təhlilçi qeyd edib ki, Ermənistanın 30 il ərzində ordusunu formalaşdırması, xarici siyasət prioritetlərini müəyyənləşdirməsi Rusiya ilə bağlıdır. Rusiya Ermənistandakı beynəlxalq konyuktura əsasən tam olaraq siyasi hakimiyyəti əldə etmə şanslarını itidiyi üçün öz fəaliyyətini fəal müxalifəti formasında davam etdirmək istəyir:

 

“Hamıya məlum olan bir həqiqət var ki, Robert Köçəryanın Rusiya ilə sıx bağlılıqları, Putinlə şəxsi dostluqları var. Bu gün o revanşistlərin səsləndirdiyi fikirlərin bir qismi ordan qaynaqlanır. Bundan başqa millətçi qrupları var ki, onlar Rusiyadan deyil, Qərbdən idarə edilir. Bir qism isə Qərbdəki diaspor dairələrindən maliyyə, siyasi, ideoloji dəstək görürlər”.

 

A.Hüseynov hesab edir ki, Ermənistanda nə qədər revanşist şüarlar səsləndirsələr də, bunların bürokratik və hərbi aparatda rıçaqları yoxdur və buna görə də prosesə təsir edə bilməzlər. Onun fikrincə, təsirlər yalnız Rusiya ilə bağlı olan kəsimlər tərəfindən ola bilər:

 

“Amma bir ölkənin revanş əldə etməsi üçün onun iqtisadi, siyasi, mənəvi, mədəni demokratik imkanlarının olması və eyni zamanda xarici konyukturun buna uyğun formada uyğunlaşması lazımdır ki, xarici konyukturun revanşizmi üçün həqiqi müstəvi tədim də bilsin”.

 

A.Hüseynov bunun necə həyata keçirməsinin müxtəlif tarifləri var:

 

“Ermənilər dünyada terror əməliyyatları keçirmiş xalqdır.  Ermənilər 19-cu əsrin ortalarında İslam bangına terror əməliyyatı ediblər. 70-ci illərdə Yaxın Şərqdə terror əməliyyatlarına başlayıblar, türk diplomatlarını  öldrüblər. Yəni ermənilər qarşında dayanaraq yox, hansısa digər vasitələrə savaşa bilər.  Ona görə də burda assimetrik təhlükələrə, yəni ictimai iğtişaş yarada biləcək təhlükələrə qarşı Azərbaycanın xüsusi xidmət orqanları və müvafiq orqanları daha diqqətli olmalıdır.Amma onların hücuma keçərək böyük ərazilər tutması inandırıcı deyil. Çünki Azərbaycan beynəlxalq iqtisadi nəhəng  maliyyə layihələrinin iştirakçısı və mərkəzində dayanan oyunçuldan biridir.  Ermənilər həmişə belə revanşist çıxışlar edirlər”.

 

A.Hüseynov qeyd edib ki, həmişə güc nisbəti fərqli olduqda düşmən səninlə sahədə savaşmır. Bu gün biz ondan qorunmalıyıq:

 

“Rusiya Köçəryandan bir təsir vasitəsi kimi istifadə edə bilər. Rusiya bu gün  Avropanı fakt qarşısında qoyub. Ukraynanın yarısını işğal edib. Əslində o, ümumavropa təhlükəsizlik müəssisəsinin Avropadan qeyri -işlək olmadığını dünyaya göstərir. Yəni Amerika, NATO orda silahlı qüvvələri yoxdursa  Avropa Rusiyanın bu pressinə qarşı zəifdir. Biz bilirik ki, II Qarabağ Savaşına qədər Rusiya Cənubi Qafqazda təsir inhisarına malik idi. II Qarabağ savaşı Qafqaza yeni oyunçular gətirdi. Bunun da başında Türkiyə dayanır.  Qaqdaş Türkiyə Azərbaycana siyasi, diplomatik texniki dəstəklər verib. Ona görə də Rusiya burdakı inhisarını itirsə də, yenə də masadakı oyunçulardan biridir. Ona görə getdikcə türk təsrinin artmasını, Azərbaycanın güclənməsini, özünün tamamilə bu baxçadan çıxarılmasını istəməz. Ona görə də ara-sıra belə hadisələrlə gündəmə gəlir”. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər