Polad Həşimovun xatirəsi silsilə tədbirlərlə yad edildi

12:38 18-07-2022 | icon 701 | Şəhidlər və şahidlər
Polad Həşimovun xatirəsi silsilə tədbirlərlə yad edildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.

 

“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən bildirilib ki, tədbirlər proqramına uyğun olaraq İctimai Birliyin nümayəndələri İkinci Fəxri xiyabanda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət ediblər.

 

Anım mərasimində qeyd olunub ki, Tovuz döyüşləri dostluq, qardaşlıq, bir-birinə dəstək olmaq, vətənə sədaqət, hərbi anda sadiqlik qələbənin qazanılmasında silahlar qədər önəmli amil oldu. Tovuz hadisələri həmçinin 44 günlük Vətən müharibəsinə gedən yolun başlanğıcı olaraq, ordumuzun qəhrəmanlığı, xalqımızın gücünü bir daha göstərib.

 

Tədbirlər planı çərçivəsində, həmçinin Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib. Turnirdə 100-ə yaxın “İrəli” gənci birincilik uğrunda mübarizə aparıblar.

 

Gənclərin intellektual bacarıqlarını inkişaf etdirmək, habelə Tovuz hadisələri, Vətən müharibəsi ilə bağlı biliklərini artırmaq məqsədilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu baş tutub. 30 komandadan ümumilikdə 150-ə yaxın gəncin iştirakı ilə baş tutan intellektual oyunda qalib komandalar şəhadətnamə və müxtəlif dəyərli hədiyyələrlə təltif ediliblər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ