“Qalatasaray”da 3 matçın sonunda 5 transfer və 1 ayrılıq qərarı

13:40 22-08-2022 | icon 623 | İdman
“Qalatasaray”da 3 matçın sonunda 5 transfer və 1 ayrılıq qərarı

Türkiyənin “Qalatasaray” futbol klubunun ilk üç həftədə sərgilədiyi oyun futbolçu heyətinin planlarına yenidən baxılmasına səbəb olub.

 

Super Liqada son üç həftəni iki qalibiyyət və bir məğlubiyyətlə başa vuran “Qalatasaray”ın baş məşqçisi Okan Buruk və rəhbərlik transfer planlarını gözdən keçiriblər.

 

Fikir mübadiləsi nəticəsində komandada olan çatışmazlıqlar müəyyən edilərək onların həlli üçün qərarlar qəbul olunub.

 

Sol cinah müdafiəsində qeyri-kafi hesab edilən Van Aanholtun əvəzinə “Milan”dan Fode Ballo-Tureni icarəyə götürməyə qərar verən “Qalatasaray” rəhbərliyi müdafiəçi mövqeyini “Gent”dən Andreas Hançe-Olsen, hücumu isə Moskvanın “Spartak”ından Şamar Nikolsonla gücləndirəcək.

 

Üstəlik, Kerem Aktürkoğlu və Yunus Akgünlə rəqabət aparacaq bir və ya iki cinah oyunçusu alacaq sarı-qırmızılılar Saşa Boeyi sağ cinahda saxlayaraq Ömər Elabdullaini göndərəcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

Tanınmış yazar MHB-yə üzv oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ