Sentyabrdan məktəblərə qadağa qoyula bilər

12:53 26-08-2022 | icon 438 | Təhsil
Sentyabrdan məktəblərə qadağa qoyula bilər

“Bu gün koronavirusun mutasiyası prosesi davam edir. Virusun yoluxuculuq indeksi yüksək olsa da, onun ağırlaşdırıcılıq və öldürücülük qabiliyyəti xeyli aşağıdır. Əslində, yoluxmanın yüksək olması təbii haldır. Çünki virus adaptasiya edərək haradasa özünə yaşamağa yer axtarır. Belə olan halda insan hüceyrəsi hədəf olur”.

 

Bu sözləri Baku.ws-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

 

Onun sözlərinə görə, sentyabr ayında yoluxanların sayında artım ola bilər:

 

“Bu, təbii prosesdir. Pandemiyanın sonuna doğru zatən belə olur. Hesab edirəm ki, karantin tədbirləri ciddi şəkildə sərtləşdirilməməlidir. Ölkə iqtisadiyyatını nəzərə alaraq sərt karantin tədbirlərinə lüzum yoxdur. Düşünürəm ki, dövlət qurumları bunu nəzərə alacaqlar.

Lakin müəyyən tədbirlərin görülməsi mümkündür. Kütləvi tədbirlərə say məhdudiyyəti və qapalı məkanlarda maska taxılması, karantin qaydalarının gözlənilməsini misal göstərmək olar. Uşaqların sinif otaqlarına, həmçinin vətəndaşların bütün qapalı məkanlara maska ilə daxil olmaları kimi tədbirlər də görülə bilər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Daha bir bank BAĞLANIR

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə ÇEVRİLDİ