"Sülhməramlıların  da Azərbaycanda olmasının müəyyən limiti var"

12:03 29-08-2022 | icon 529 | Geopolitika
"Sülhməramlıların  da Azərbaycanda olmasının müəyyən limiti var"

 

Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.

 

Bu barədə tviter səhifəsində paylaşım edən Prezident İlham Əliyev bildirib:

 

"Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"

 

 

Ordumuzun Laçına yerləşməsi ilə bağlı Prezidentin etdiyi bu paylaşım nədən xəbər verir və dünyaya hansı mesajdır?

 

Versus.az xəbər verir ki, politoloq Fikrət Sadıqov şərhində bildirib ki, Ordumuzun Laçına daxil olması Azərbaycanın hərbi, diplomatik uğurudur. Politoloq bildirib ki, bununla dünyaya sübut etdik ki, biz bütün beynəlxalq hüquq normalarına əməl edirik, bütün bəyannamələri yerinə yetiririk və eyni zamanda heç kəsə ərazi bütövlüyümüzə zərər vurmağa imkan verməyəcəyik.

 

Politoloq bundan sonra Yeni Laçın yolunda müəyyən problemlərin yaranmasını istisna etməyib. O, bunu yeni yolda rus sülhməramlılarının öz postlarını yerləşdirməsi ilə izah edib. 

 

“Biz bunu nəzərə alaraq diplomatik müstəvidə hücumedici addımlarımızı atacağıq.  Sülhməramlıların  da Azərbaycanda olmasının müəyyən limiti var və bu limit çərçivəsində  hələ ki, burda olacaqlar. Lakin sülhməramlıların  getməsi  artıq həll olunan məsələlərdir. Bu bizim özümüzdən və eyni zamanda Moskva ilə danışıqların nəticələrindən asılıdır”.

 

F.Sadıqov hesab edir ki, hazırda Laçında vəziyyət bizim maraqlarımıza cavab verən istiqamətdə inkişaf edir.

 

“Eyni zamanda yaddan çıxarmamalıyıq ki, hələ bütün problemlər həll olunmayıb və Ermənistanın da dinc və sakitcə proseslərii kənardan seyr edəcəyini gözləməli deyilik. Əminəm ki, Ermənistan regiondakı vəziyyəti yenə də qarışdırıb təxribatlar törətmək istəyəcək, böyük dövlətlərə müraciətlər edib, “status”, “ermənillərin hüquqları” məsələsini qaldıracaqlar. Lakin Azərbaycanın da diplomatik, hərbi müstəvidə hücumları davam edəcəkdir”.(hafta.az)

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər