BTE-dən NARAZILIQ

14:10 30-08-2022 | icon 519 | Təhsil
BTE-dən NARAZILIQ

Məktəbli forması üçün sifariş edilən mallar gömrükdə qaldı

 

“Yeni məktəbli formalarının satışı davam edir. Hər gün təxminən 500-600 forma tikilir və elə o qədər də satılır”. 



Versus.Az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.

 

Onun sözlərinə görə, yeni formaların istehsalına gec başladıqları üçün tədris ilinin başlanmasına qədər geyimləri çatdırmaqda çətinlik çəkirlər.

 

Həmçinin formaların tikilməsində istifadə olunan parçaların alınmasında da müəyyən problemlər yaranıb:

 

“Tikilən geyimlərin sayı hələ ki məlum deyil. Formaları bir ay qalmış tikməyə başladıq. İndi də vaxt darlığından çətinlik çəkirik. Çünki material sifariş etmək çox vaxt apardı. Bu materiallar pambıq və yun qarışığı olduğundan respublikamızda istehsal olunmur. Gətirmək isə həm vaxt, həm də güc tələb edir. Mallarımız iki gündür ki, Rusiya ilə sərhəddə qalıb, keçə bilmir. Vaxtında yetişməlidir ki, tikək və çatdıraq. Dördüncü sinfə kimi hamını geyindirmək lazımdır. Bir fabrik üçün isə bu, çox çətindir”.

 

Etibar Əzimovun sözlərinə görə, bu il yuxarı siniflər üçün məktəbli formaları tikilməyəcək:

 

“Bununla bağlı narazılıq edənlər də var. Zaman az olduğu üçün yuxarı siniflər üçün hələ ki forma hazırlanmayıb. Bu il ancaq ibtidai sinifləri təmin etmək gücündəyik. Mərkəzi satış nöqtəmiz fəaliyyət göstərir. Əlavə olaraq “Bravo” marketlər şəbəkələrində də məktəbli formaları satışa çıxarılır. Qərarda dörd rəng üzrə forma tikilməsi təklif olunub. Amma biz iki rəngdən istifadə edirik”, - deyə Etibar Əzimov qeyd edib.

 

Qeyd edək ki, yeni formaların satışına avqustun 17-dən başlanıb. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Daha bir bank BAĞLANIR

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib