DİM açıqladı

16:09 02-09-2022 | icon 512 | Təhsil
DİM açıqladı

Subbakalavrlar boş qalan yerləri seçə bilərlər?

 

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimində subbakalavrlar da iştirak edə bilərlər.

 
Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
 

Qeyd edilib ki, subbakalavrların ixtisasına uyğun boş yerlər varsa, onlar da sənəd verə bilərlər.
 

Xatırladaq ki,  boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başlayıb. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.
 

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında verilib. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı isə jurnalın 7-ci sayında dərc olunub.
 

Onu da qeyd edək ki, ali məktəblərdə qruplar üzrə ümumilikdə 2451 (4,78%) plan yeri boş qalıb. Minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı isə 285-dir (2,78%).
 

I qrup üzrə vakant yerlərin ümumi sayı 327-dir (2,01%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı 7-dir (0,28%).
 

II qrup üzrə vakant yerlərin ümumi sayı 519-dur (4,30%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yer yoxdur.
 

III qrup üzrə vakant yerlərin ümumi sayı 1010-dur (6,75%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı 127-dir (4,92%).
 

IV qrup üzrə vakant yerlərin ümumi sayı 286-dır (7,19%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı 151-dir (13,92%).
 

V qrup üzrə vakant yerlərin ümumi sayı 309-dur (7,71%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yer yoxdur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ