Ərazilərimizdə geoloji-kəşfiyyat işləri aparıldı

12:38 05-09-2022 | icon 359 | Qarabağ
Ərazilərimizdə geoloji-kəşfiyyat işləri aparıldı

Mineral xammal bazasının gücləndirilməsi məqsədilə bu ilin səkkiz ayı ərzində Kiçik və Böyük Qafqaz filiz rayonlarında, eləcə də Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında geoloji-kəşfiyyat işləri aparılıb.

 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

 

O qeyd edib ki, ötən müddət ərzində Kiçik və Böyük Qafqaz filiz rayonları üzrə Göygöl, Buzluq, Küngüt sahələrində, Kəlbəcər və Laçın rayonu ərazilərində filiz və qeyri-filiz yataqlarında geoloji diaqnostika və qiymətləndirmə işləri həyata keçirilib:

 

“Eyni zamanda, zəngin termal mineral suların yayıldığı Yuxarı və Aşağı İstisu, Minkənd, Tutxun, Mozçay, Qarasu yataqlarında hidrogeoloji monitorinq icra edilməklə, ötən 30 il ərzində regionun hidrorejimində baş vermiş dəyişikliklər müəyyənləşdirilib. Yeraltı suların kadastrının tərtib edilməsi üzrə Füzuli və Ağdam rayonları ərazilərində 800-dən artıq quyunun və 59 kəhrizin təftişi aparılaraq kadastra daxil edilib”.

 

Ə.Əliyevin sözlərinə görə, hazırda bütövlükdə cənub bölgəsində geoloji, Cəlilabad-Masallı zonasında isə hidrogeoloji planaalma işləri, eləcə də respublika ərazisində regional şəbəkə üzrə yeraltı suların monitorinqi davam etdirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Xətai rayonunda evlər plana düşdü

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI