Ordumuzun erməni mövqelərini darmadağın etməsinin GÖRÜNTÜLƏRİ

09:33 14-09-2022 | icon 405 | Müharibə
Ordumuzun erməni mövqelərini darmadağın etməsinin GÖRÜNTÜLƏRİ

Sərhədin Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində baş verən hərbi toqquşmada Azərbaycan Ordusu təxribatlara cavab olaraq Ermənistan mövqelərinə, qoşunların və silahların cəmləşdiyi ərazilərə zərbələr endirib.

 

Görüntülərdə Azərbaycan Ordusunun təxribatlar həyata keçirən erməni silahlı bölmələrinin atəş nöqtələrini məhv etməsi görünür.

 

Döyüş mövqeləri, yerüstü sığınacaqlarla yanaşı, Ermənistanın sərhədə yerləşdirdiyi S-300 hava hücumundan müdafiə kompleksləri də məhv edilib.

 

Qeyd edək ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

 

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.

 

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

 

Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.

 

Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.

 

Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülüb.

 

Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin 200-ə yaxın canlı qüvvəsi və döyüş texnikaları məhv edilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər