Fransanın uğursuz cəhdləri, Ermənistanın məyusluğu

14:49 19-09-2022 | icon 377 | Geopolitika
Fransanın uğursuz cəhdləri, Ermənistanın məyusluğu

Ermənistan kimi cılız bir dövlətə görə Azərbaycanla əlaqələri pisləşdirməyin!

 

 

 

ƏBÜLFƏZ MƏMMƏDOV
/GPT üzvü/

 

Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə görə BMT TŞ-nın iclasını çağıran, Avropa parlamentində Avropanın ölkəmizin qazından imtina etməsinə və sanksiya tətbiq etməsinə çağırış edən Fransanın cəhdləri tamamilə iflasa uğradı.

 

Bu çağırışların müəllifi olan Fransalı deputat Xavier Bellami yaxşı başa düşür ki, onun yersiz və mənasız çağırışlarının nəinki Avropa, bütün dünya üçün əhəmiyyəti yoxdur. Çünki Avropanın Rusiya qazına alternativ mənbələr axtardığı bir dövrdə Azərbaycandan qaz idxal edir və bu həcm getdikcə artır. Eyni zamanda, Avropa Azərbaycanla digər enerji növləri üzrə böyük əməkdaşlıq qurmaq imkanını artırır. Həmçinin, artıq bir neçə aydır ki, Aİ Azərbaycanla Ermənistan liderləri arasında keçirilən görüşlərə ev sahibliyi edir.

 

BMT TŞ-nın iclasında qurumun Baş katibinin müavinin verdiyi açıqlama demək olar ki, Azərbaycan irəli sürdüyü prinsiplərlə üst-üstə düşür. Bununla da Fransanın cəhdləri növbəti dəfə uğursuzluğa düçar oldu. Cənab, Xavier Bellami, siz minalardan, sərhədlərin delimitasiyasının vacibliyindən, Azərbaycanın sülh üçün irəli sürdüyü beş prinsipin müsbət cəhətlərindən danışın. Avropa ilə Asiya arasında nəqliyyat körpüsü, Cənubi Qafqazın güclü dövləti və beynəlxalq aləmdə seçilib-sayılan Azərbaycanla Ermənistan kimi cılız bir dövlətə görə əlaqələri pisləşdirmək olmaz!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər