Britaniya əsginaslarında Kral III Çarlzın təsviri olacaq

08:51 28-09-2022 | icon 370 | Dünya
Britaniya əsginaslarında Kral III Çarlzın təsviri olacaq

Böyük Britaniyada yeni funt sterlinq əsginasları ilin sonunadək təqdim olunacaq.

 

2024-cü ilin ortalarında Britaniya Kralı III Çarlzın təsviri olan əsginaslar dövriyyəyə buraxılacaq.

 

Bu barədə İngiltərə Bankının bəyanatında bildirilib.

 

Yeni kralın portreti bütün dörd polimer əsginasda (£5, £10, £20 və £50) əks olunacaq. Bu, hazırkı polimer seriyasının davamı olacaq və əsginasların dizaynında əlavə dəyişiklik edilməyəcək.

 

“Monarx dəyişikliyinin ekoloji və maliyyə təsirlərini minimuma endirmək məqsədilə ülyahəzrət kraliça II Elizabetin təsviri olan əsginasların hazırkı ehtiyatının dövriyyəsi davam edəcək”, - deyə məlumatda qeyd edilib.

 

Yeni əsginaslar yalnız köhnəlmiş pul nişanlarını əvəz etmək və əsginaslara olan tələbatın ümumi artımını ödəmək üçün çap olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır